"Masallılar.az" saytının təqdimat mərasimi keçirilib
21 dekabr 2018-ci il tarixdə Masallı şəhər"Asan xidmət" Mərkəzinin "İncəsənət məktəbi"ndə "Masallılar.az" saytının təqdimat mərasimi keçirilib.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, Bakıdan gələn həmyerlilərimiz, veteranlar, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov qeyd edib ki, ölkəmizin bütün bölgələri kimi Masallı da iunkişaf edir. Buna görə ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. Əlamətdar hadisə olduğunu vurğulayan icra başçısı "Masallılar.az" saytının təqdimat mərasiminə toplaşdığını qeyd edib. Respublika ərazisində, uzaq ölkələrdə, yaşadığı ayrı-ayrı məmləkətlərdə dövlətimizin, doğulduğu torpağın qədrini bilən həmvətənlərimiz, o cümlədən masallılar üçün böyük elektron ensiklopediyanın, həm də ünsiyyət vasitəsi kimi, insanları öz əhatəsinə alacağını bildirən rayon rəhbəri tutarlı və geniş nitqində saytın ən böyük məziyyətindən biri olduğunu deyib. Bunun timsalında Kolatan, Çaxırlı, Ərkivan, Qəriblər və başqa ərazilərdən olan həmvətənlərimizin, masalılı diaspor fəallarının işini nümunə göstərib. Rayon rəhbəri tədbir iştirakçılarının timsalında bütün masallıları əlamətdar hadisə münasibəti ilə təbrik edib.
Masallı RİH-nin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elvin Fəttayev bildirib ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, son illər ölkəmizdə güclü inkişaf müşahidə olunur və Azərbaycan inkişaf dinamikasına görə dünya ölkələri sırasında öndə gedir.
Prezident İlham Əliyevin informasiya texnologiyalarına aparan iqtisadiyyatın formalaşması siyasəti, öz bəhrələrini verməkdədir". Yaradılan "Masallilar.az" elektron ensiklopediyası ölkədə və ölkədən kənarda yaşayan soyadaşlarımızın elektron texnologiyalar vasitəsilə rayonumuzla bağlı ətraflı informasiyaya malik olmalarına, o cümlədən rayonumuzun müxtəlif peşə sahiblərinin rayonumuzdan, həmçinin ölkədən kənardakı fəaliyyətləri və Masallıya verdikləri töhvələrin öyrənilməsinə təminat yaradacaqdır", - deyə RİH-nin İnformasiya təminatı və təhlili sektorunun müdiri bildirib.
Saytın ideya müəllifi, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov yeni internet resursu haqqında geniş məlumat verib. Çıxışında bildirib ki, sayt-elektron ensiklopediya bura daxil olan bütün oxucular üçün maraqlıdır. O, saytın həyata "vəsiqə" almasından danışaraq deyib ki, burda Masallının təhsilindən, səhiyyəsindən, mətbuatından, mədəniyyət tarixindən tutmuş müasir tarixi, müasirləri, alimlərı, tananınmışları yer alıb. Sonrası daha zəngin olacaq. Belə layihə ölkədə ilk dəfə Masallıda yaradılıb. O, saytdakı materialların zaman-zaman qəzetinin xüsusi buraxılışlarında oxuculara təqdim olunduğunu vurğulayıb.
"Masallılar.az" saytının təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əslən Masallının Xıl kəndindən olan Musa Quluzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü, əslən Qızılağaclı Şahin Musaoğlu, "Regional Hüquqi və Iqtisadi Maarifləndirmə" Ictimai Birliyinin sədri, əslən Masalılı Arzu Bağırova, "Masallı zıyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullayev və başqaları da çıxış edərək fikirlərini bölüşüblər, ayrı-ayrı təkliflər veriblər.
Qeyd edək ki, tədbir birbaşa yayımlanmış, həmvətənlərimizdən ABŞ-da yaşayan həmyerlimiz, riyaziyyat elmləri doktoru, əslən Ərkivanlı, 32 yaşlı Tural Sadıqov, RF Norilsk Sənaye İnstitutunun dosenti, regional Azərbaycan diasporunun sədri, "Fundament" Elmi İstehsal Birliyinin direktoru, əslən Qəriblərli Əli Kərimov və RF Sankt-Peterburq şəhərinin nüfuzlu simalarından biri, Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini, SSRİ idman ustası, Yunan-roma güləşi üzrə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə yığma komandanın Rrezidenti,əslən Ərkivanlı Məşkur Qasımovla videbağlantılar yaradılıb. Onlar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə masallıları təbrik edib, xoş sözlər söyləyiblər. Tədbir iştirakçəları da qarşılıqlı olaraq həmvətənlərimizi təbrik ediblər.
Sayt barədə təklif və fikirlərini tədbir iştirtakçıları ilə bölüşüblər.
İncəsənət ustalarının ifasında gözəl mahnılar səslənib.
Axırda videoçarxda ümummilli lider Heydər Əliyevin Azərbaycan və həmvətənlərimiz haqqinda dediyi sözlər, görüntülər tədbir iştirakçıları və izləyicilərdə ən xoş duyğular yaradıb.