Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəblilərinin “Həmrəylik və Yeni il sevincləri”

26 dekabr 2018 | 16:00

Hər il olduğu kimi bu il də Masallı rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər Mədəniyyət Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilir.
Mədəniyyət Evində on gün (21-29 dekabr , saat 11.00 və 15.00-da ) davam edən şənliklərdə rayonun müxtəlif ərazilərindən, təhsil müəssisələrindən gələnlərə maraqlı konsert proqramı təqdim edilir.
Gənc aparıcıların  – Humay Əliyeva və Aytac Nəsirlinin  bayram təbrikləri ilə başlanan tədbir rayon Xalq Teatrı kollektivinin (rejissor Camaləddin Əliyevin rəhbərliyilə) hazırladığı bədii hissə ilə davam edir.
Məktəblilərin, balaca fidanların alqış sədaları ilə Şaxta baba və Qar qızın gözəl tərtibatlı səhnəyə dəvəti hər kəsə xoş anlar yaşadır. Onların h ər gün tədbir iştirakçılarına payladığı bayram hədiyyələri balaca məktəblilərin sevincinə sevinc qatır.
Nağıl qəhrəmanlarının, klounların al-əlvan bəzədilmiş zalda uşaqlarla əyləncəli anları, birgə rəqsləri, məktəblilərin Vətənə, Həmrəylik gününə, yeni ilə  həsr edilmiş  şeirləri, səhnəcikləri şənliyə toplaşanlarda   xoş əhval-ruhiyyə yaradır.
Silsilə konsertlərdə   rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivlərinin – “Təravət” ansamblının  (bədii rəhbər Sakit Müslümov)  müşayiətilə səslənən şən təranələr,   solistlərdən Miriş Hüseynlinin, Şamo İbayevin, Şəhla İsgəndərovanın, Nahidə Günəşlinin, Şahin Mustafayevin, eləcə də “Masallı” rəqs qrupunun   (baletmeystr Gündüz Babayev)  rəngarəng   çıxışları   tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Tədbirlər davam edir.

Keçidlər