“Müstəqilliyimiz Əbədidir” başlığı altında gənclərlə görüş
18 oktyabr 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqiliyinin 22 illiyinə həsr olunmuş “Müstəqilliyimiz Əbədidir ” başlığı altında gənclərlə görüş keçirilmişdir.
50 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Məhəmməd Abasquliyev gənclərimizi Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edərək onlara bundan sonrakı işlərində uğurlar dilədi.
Tədbirdə çıxış edən Bala Kolatan kənd tam orta məktəbinin tarix müəllimi Uğur Ağayev bildirdi ki,Xalq Cumhuriyyətinin yaradılması Azərbaycan dövlətçiliyinin bərpası yolunda ən böyük tarixi hadisə idi.Cumhuriyyət dövründə torpaqlarımızın bütövlüyünün qorunması sahəsində böyük işlər görülməsinə baxmayaraq, daxildə bolşevik daşnaq qrupları Xalq Cumhuriyyətinin fəaliyyətinə maneçilik törətməyə çalışırdılar.Xarici hərbi müdaxiləçilərin və daxildə antiazərbaycan siyasəti yeridənlərin birliyi nəticəsində İslam dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi. Buna baxmayaraq, bu illərdə xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət kəsb etsə də , xalqımızın güclü iradəsinin olması nəticəsində xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetin 1991-ci il otyabrın 18-də keçirilmiş sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bunula da Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.
Sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Emin Nüsrətov, Masallı rayon Təhsil Şöbəsinin metodisti Abas Abasov , gənclərdən Rəşad Əsədullayev, Nurlan Əsgərov və başqaları çıxışlarında Müstəqillik günü ilə bağlı öz fikirlərini bildirmişlər.
Sonda tədbir iştirakçıları çay və şirniyyat süfrəsinə dəvət edildi.