Masallıda kənd, meşə təsərrüfatı və balıqçılıq
Rayon Statistika İdarəsindən verilən məlumata görə regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlər rayonumuzda uğurla həyata keçirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına yardım verilməsi, habelə istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması, kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmiş və hesabat ilində əsas kənd təsərrüfatı məhsullarının istehsalında artıma nail olunmuşdur.
2018-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə istehsal olunmuş dəyəri 549985,6 min manat olan ümumi məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 102627.7 min manatını, yəni 18,7 faizini kənd təsərrüfatı məhsulları təşkil edir. Kənd təsərrüfatının aparıcı sahəsi bitkiçilik və heyvandarlıqdır.
2018-ci ilin yanvar-sentyabr aylarındarayonun kənd, meşə və balıqçılıq təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 102627.7 min manat məhsul istehsal olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 4943.5 min manat və ya 5,1 faiz çoxdur.
2018-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı müəssisələrində 79674 nəfər, o cümlədən 365 nəfəri hüquqi şəxslərin müəssisələrində çalışmışdır ki, onlara verilən əmək haqqının miqdarı 612.7 min manat olmuşdur.
Kənd təsərrüfatına aid dövlət müəssisələrində bir işçinin orta aylıq əmək haqqı 186.5 manat olmuşdur.