Şriftin ölçüsü :

Saytın rəngi :

Çiyələk, paxla, mərcimək, göyərti...

04 yanvar 2019 | 16:00

Masallı rayonunda çiyələk, paxla, mərcimək, göyərti yetişdirənlərin sayı ilbəil artır. Bu da rayonda adamların məşğulluğuna müsbət təsir göstərir. Cari ildə Masallı rayonunun ərazilərində 47 hektar çiyələk, 36 hektar paxla, 95 hektardan çox göyərti yetişdirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə bu əkinlərlə 466 nəfər məşğul olmuşdur.

Keçidlər