Şriftin ölçüsü :

Saytın rəngi :

Qodmanda baramaçmılığa diqqət artır

05 yanvar 2019 | 16:00

Masallı rayonunun Qodman ərazisində baramaçılığa maraq artıb.

Bu il qəbul məntəqəsinə 96 kiloqram barama təhvil verən kümçülər növbəti ildə istehsalı 200 kiloqrama çatdırmaq niyyətindədirlər.
Bu barədə Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına ərazi nümayəndəsi Əziz Cankişizadənin verdiyi məlumata görə baramaçılığın inkişafı üçün bünövrə yaradılır. Şəxsi təsərrüfatlardakı tut ağacları qorunur, yeni tut bağları yaradılır. Bu günlərdə kənd məktəbinin həyətində Çin Xalq Respublikasından gətirilmiş 1000 ədəd tut tingi əkilmişdir.

Keçidlər