Şriftin ölçüsü :

Saytın rəngi :

YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASININ 20 İLLİK YUBİLEYİ

23 oktyabr 2012 | 15:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibəti ilə Masallı rayonunda təntənəli tədbir keçirilmişdir.Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəalları və qonaqlar əvvəlcə partiyanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül- çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Masallı Gənclər Mərkəzində davam etmişdir. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq tarixi zərurətdən yaranan, Heydər Əliyev dühasının ərsəyə gətirdiyi mühüm əsərlərdən olan Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və gələcək işlərində yeni-yeni uğurlar arzulamışdır.
Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış edərək bildirmişdir: “1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti “Səs” qəzetində dərc olundu. Əslində həmin müraciəti 91 ziyalı yox, minlərlə insan imzalamağa hazır idi. Azərbaycan əhalisinin böyük bir qurupu müxtəlif formalarda bu müraciəti etmişdi-Heydər Əliyevə teleqram vurmaqla, məktub yazmaqla, yanına getməklə və s.Nəhayət, ulu öndərimiz bütün bu müraciətlərə və ziyalıların məktubuna cavab verərək partiyanın yaradılmasına razılıq verdi, bununla da Azərbaycan Respublikasının gələcək taleyini müəyyənləşdirmiş oldu. Partiyanın yaradılmasında və ümumiyyətlə, tariximizdə bu razılıq taleyüklü hadisə oldu. Sonralar ulu öndərimiz o günləri xatırlayaraq deyirdi: “Bu barədə çoxları gəlib mənə müraciət edirdi, günlərlə Naxçıvanda vaxt keçirirdilər, mənimlə danışıqlar aparırdılar, belə bir partiyanın yaradılması barədə təkliflər verirdilər....Bu təklifi qəbul etmək üçün o vaxtlar imkan və şərait yox idi. Lakin proseslər, eləcə də tək Bakıdan deyil, Azərbaycanın bir çox şəhərlərindən,rayonlardan mənə, Naxçıvana ardı arası kəsilmədən gələn məktublar elə bir şəraitə gətirib çıxardı ki, mən Yeni Azərbaycan Partiyasının yaranmasına razılıq verdim.” Heydər Əliyev ölkəmizin qurtuluşu naminə həyata keçirdiyi məsədyönlü fəaliyyətinin nəticələri qısa müddətdə öz bəhrəsini verdi. Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, xaos, anarxiya halları, vətəndaş müharibəsi təhlükəsi aradan götürüldü, qanunsuz silahlı dəstələr ləğv edildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar oldu. Dövlət aparatının çevik fəaliyyəti nəticəsində iqtisadiyyatda müsbət dəyişikliklər əldə olundu və inflyasiyanın qarşısı alındı. Məhsul istehsalının artırılmasında müsbət meyillər yarandı. Azərbaycan tarixinə “Əsrin müqaviləsi ” kimi daxil olan neft kontraktı bağlandı. Lokomotiv rolu oynayan bu kontrakt ölkə iqtisadiyyatının digər sahələrini də öz ardınca inkişafa apardı. Yeni Azərbaycan Partiyası bu gün xalqın sağlam qüvvələrini öz ətrafına toplayan ən mətin, monolit və mütəşəkkil siyasi qüvvədir. Gənclərə qayğı, qadınların ölkənin ictimai-siyasi həyatındakı proseslərdə fəal iştirakına şərait yaradılması, partiya üzvlərinə siyasi tələbkarlıq, fəallıq, qətiyyətlilik, ictimai-siyasi proseslərə çevik reaksiya Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz siyasi-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İndi respublikamızda davamlı iqtisadi inkişaf, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, yoxsulluğun azaldılması, qaçqın və məcburi köçkünlərə qayğı, regionların inkişafı kimi mühüm vəzifələr uğurla yerinə yetirilir. Ulu öndərimiz H.Əliyevin dediyi kimi: “Dünənin, bu günün, gələcəyin partiyası”olan Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri layiqincə qiymətləndirilir və haqlı olaraq onun ideya- siyasi xətti cəmiyyət tərəfindən dəstəklənir”. Natiq bildirmişdir ki,YAP Masallı rayon təşkilatı təxminən 9 nəfərlə formalaşmışdısa bu gün təşkilatımızın sıralarında 90 ərazi ilk partiya təşkilatında artıq 9000 nəfərə yaxın partiya üzvü birləşir ki,onlardan da 2366 nəfəri qadın , 2989 nəfəri gənclərdir. Qurur hissi ilə qeyd etmək lazımdır ki,rayon təşkilatımız yarandığı gündən bu günə kimi respublikanın qabaqcıl təşkilatları sırasındadır.Fürsətdən istifadə edib rayon təşkilatımız üçün inşa olunan möhtəşəm binaya görə zəhməti olan bütün insanlara,şəxsən Partiyamızın sədri cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.” Sonra təşkilatın Qadınlar Şurasının sədri Naibə Aslanova, gənc üzvlərdən Aytən Şükürova, Kənan Haşımov, Şura üzvü Qardaş Fətullayev,YAP Siyasi Şurasının üzvü Millət vəkili Mirkazım Kazımov və Millət vəkili Nəriman Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs etmiş, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar.Qeyd olunmuşdur ki, Mustəqil Azərbaycan dövlətinin son 21 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır.Bu gün öz sıralarında 580 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da genişləndirmiş, onu ümumxalq partiyasına çevirmişdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri, rayon təşkilatının fəallarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər