MASALLI GƏNCLƏRİNİN MİLLİ ORDUYA YOLA SALINMA MƏRASİMİ
10 yanvar 2019-cu il tarixdə Masallı şəhər Bayraq Meydanında çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma mərasimi keçirilib.
Tədbirdə Masallı Rayon İcraHakimiyyətininməsulişçiləri, SHXÇDX-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətvə KİV nümayəndələri, valideynləri iştirak ediblər.
Tədbirdən öncə çağırışçılar Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib, abidənin önünə təzə-tər gül dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulayıblar.
Çəxəşlarda bildirilib ki, ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olmuşdur. Hərbi xidmətə yola düşən gənclərin Vətən borcunu layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edən natiqlər gənclərimizə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, aprelin əvvəllərində düşmənin növbəti təxribatının qarşısını alarkən rəşadətli ordumuzun qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə şəhidlərimizin qisasının alınmasını arzulayıblar.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, çağırışçı babası Qafur Abıyev, çağırışçı Musa Eynullayev və başqaları Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyiblər.
Bədii hissə ilə davam edən tədbirdə rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar ifa edilib.
Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb “Qurani-Kərim”in altından keçərək ordu sıralarına yola düşüblər.