Şriftin ölçüsü :

Saytın rəngi :

Qodman ərazisində hesabat yığıncağı

04 yanvar 2019 | 16:00

04 yanvar 2019-cu il tarixdə Qodman ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Cankişizadənin hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Ə. Cankişizadə qeyd etmişdir ki, Qodman kənd inzibati ərazi dairəsi 3 kəndi - Qodman, Əzizabad və Məmmədrzakücə kəndlərini əhatə edir. Ərazidə 2560 nəfər əhali qeydiyyatdadır. Onların 1251 nəfəri kişi, 1308 nəfəri qadındır. Ərazidə 642 təsərrüfat olmaqla 510 yaşayış evi vardır. Qeydiyyatda olub ərazidə yaşamayanların sayı 764 nəfərdir. Ərazinin ümumi sahəsi 773 hektar olmaqla, ondan 418.90 ha pay torpağı, 43.10 ha kənd altı, 22 ha dövlət mülkiyyəti, 289 ha bələdiyyə mülkiyyəti ondan da 15 ha bələdiyyənin ehtiyyat fond torpaqı, 5 ha kəndin prespektiv inkişaf torpaqlarıdır.
Qodman ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012 – ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən qurmağa daim səy göstərmişdir.
Əsasnaməyə əsasən illik və rüblük iş planları təsdiq edilmiş, nümayəndəliyin fəaliyyəti bu iş planları əsasında həyata keçirilmişdir.
Təsdiq edilmiş iş planlarına uyğun olaraq nümayəndəlikdə səlahiyyətləri çərçivəsində 74 sərəncam verilmiş və icrasına nəzarət edilmişdir. Sərəncamlar ərazi nümayəndəliyinin işinin təşkili, ərazinin sosial-iqtisadi inkişafı, “Yerli İcra hakimiyyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələr, kargüzarlıq işlərinin aparılması, “Ailə Məcəlləsi"nə əməl edilməsi , qanunsuz tikintilərin və torpaqların zəbt olunmasının , azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması, vətəndaşların müraciətlərinə baxılması, gənclərin həqiqi hərbi xidmətə çağırışı və s. haqqında olmuşdur. Xüsusilə əhalini narahat edən məsələlərlə bağlı verilmiş sərəncamların icrası diqqət mərkəzində saxlanılmışdır.
Tarixi gün və bayramların keçirilməsi üçün tədbirlər planı hazırlanmış və icrası təmin edilmişdir. Ulu öndərimiz Heydər Əliyevin 95 illiyi ərazimizin bütün yaşayış məntəqələrində təntənəli şəkildə qeyd edilmiş, ərazidən olan nümayəndələrin Ulu Öndər H.Əliyevin abidəsinin ziyarəti təşkil edilmişdir.
Ərazidə “ 20 yanvar hüzn günü”, “Xocalı faciəsi”, “31 mart Azərbaycanlıların soyqırımı günü” qeyd edilmiş, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilmiş, şəhid məzarları ziyarət edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 27-ci ildönümü , Azərbaycan xalq Cumhuriyyətinin 100 illik ildönümü rayonda və ərazidə təntənəli şəkildə qeyd edilmiş, ərazidən olan nümayəndələrin rayon tədbirlərində iştirakı təmin edilmiş və protokollaşdırılmışdır.
Ərazi nümayəndəliyi üzrə 8 əmr verilmişdir. Əmrlər nümayəndəlik işçilərinin məzuniyyətə buraxılması , mükafatlandırılması , ərazi nümayəndəliyinin maliyyə fəaliyyətinin aparılmasına aid olmuşdur. Əmrlər mövcud təlimata uyğun hazırlanmışdır. Sürətləri qovluğlara tikilmiş və qeydiyyata alınmışdır.
Ərazi nümayəndəliyi təsdiq edilmiş iş planına uyğun olaraq təsərrüfatbaşına kitablarda dəqiqləşmələr aparmış, 642 təsərrüfat və şəxsi hesab elektron statistik məlumat bazasına yerləşdirilməklə 10 ədəd təsərrüfatbaşına uçot kitabı 01 yanvar 2019-ci il tarixə məlumatlar dəqiqləşdirilmişdir. 2018-ci ildə mütəmadi olaraq seçki siyahıları dəqiqləşdirilmiş və bütün dəyişikliklər haqqında dairə seçki komissiyasına müntəzəm məlumat verilmişdir. Təsərrüfatbaşına kitabların yazılması və məlumatların dəqiqləşdirilməsi işi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 03 may 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş təlimata uyğun aparılmışdır.
Ərazi nümayəndəliyinə müxtəlif idarə və təşkilatlardan ¬¬¬¬¬¬ 32 məktub daxil olmuş və ərazi nümayəndəliyi tərəfindən 91 məktub göndərilmişdir. ” Dövlət hakimiyyəti orqanlarında , idarə, təşkilat və müəsisələrində kargüzarlığın aparılması qaydaları haqqında “ təlimata uyğun olaraq daxil olan məktublar sıra üzrə qeydə alınmış, dərkənar qoyulmuş, araşdırılmış və müddət pozuntusu olmadan aidiyyatı təşkilatlara cavab verilmişdir. Vətəndaşların vəziyyəti aktları qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmış, “Ailə Məcəlləsi”nin tələblərinə əməl edilmişdir.
2018-ci ildə ərazi nümayəndəliyində 16 doğum, 14 ölüm qeydə alınmışdır. Vətəndaşlar tərəfindən Qodman ərazi nümayəndəliyinə nigahla bağlı müraciət olunmamış, səbəb isə Masallı Regional ASAN Xidmət mərkəzində nigahla bağlı komplekt xidmətin olmasıdır. Məlum olduğu kimi “Ailə Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət etməzdən əvvəl tibbi müayinədən keçməlidirlər. Əfsuslar olsun ki, nigaha girmək istəyən şəxslər tibbi müayinənin xeyirli tərəfini fikirləşmir, qeyri rəsmi olaraq ailə həyatı qururlar. Bu da gələcəkdə arzu olunmaz halların baş verməsinə zəmin yaratmış olur. Buna görə də nümayəndəlikdə 2018-ci ildə nigah faktı qeydiyyata alınmamışdır.
“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq nümayəndəliyin başlıca vəzifəsi vətəndaşların qəbulunun təşkili ,onların ərizə, şikayət və təkliflərinə baxılması işi olmuşdur. Hər rübün axırında vətəndaşların müracətlərinə baxılması vəziyyəti təhlil edilmiş və bu barədə sərəncamlar verilmişdir.
Hesabat ilində ərazi sakinlərindən Prezident Adminstrasiyasına 2 müraciət, rayon İcra hakimiyyəti başçısına 11 müraciət daxil olmuşdur. 07 mart 2018-cı il tarixdə Masallı RİH-nin başçısı cənab R. Hüseynov Qodman kəndində səyyar görüş-qəbul keçirmişdir. Görüşdə 9 vətəndaş İcra hakimiyyətinin başçısına müraciət etmiş, 2018 - cı ildə Masall RİHB-nın başçısı cənab Rafil Hüseynovun rayon İcra hakimiyyətində keçirdiyi qəbulda 4 nəfər iştirak etmişdir.
2018-ci ildə ərazi nümayəndəliyinə 16 yazılı, 31şifahi müraciətlər daxil olmuşdur.
Müraciətlərə baxılması vəziyyəti barədə Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Rahab Şaliyev ətraflı məlumat verəcəkdir.
Azyaşlı qızların erkən ailə həyatı qurmasına qarşı mübarizə ərazi nümayəndəliyinin əsas vəzifələrindən biri olmuşdur. Azyaşlı qızların erkən ailə həyatı qurması faktı cəmiyyətin bəlası olmaqla bərabər yeni qurulmuş ailəni dağıdan, gənclərimizin həyatını məhv edən əsas səbəblərdən biridir. Ərazi nümayəndəliyi bu işdə “ Ailə Məcəlləsi” ni, “Təhsil haqqında” qanunu, Masallı RİH-nın başçısı cənab R.Hüseynovun imzası ilə təsdiq edilmiş tədbirlər planını rəhbər tutaraq əhali arasında maarifləndirmə işləri aparmışdır. Hesabat ilində azyaşlı qızların erkən ailə həyatı qurması ilə bağlı 1 faktla əlaqədar rayon İcra hakimiyyətinə və rayon polis şöbəsinə müraciət edilmiş, faktların qarşısı alınmışdır.
Ərazidə bir tam orta məktəb fəaliyyət göstərir. Məktəb Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş məktəbin məzunu Kazımov Cəlal Abuzər oğlunun adını daşıyır. Məktəbrdə 340 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olur. 2017-2018- ci tədris ilində 11 – ci siniflər üzrə məzun 15, 9 – cu siniflər üzrə buraxılış 25 nəfər olmuşdur. 4 məzunumuz ali məktəbə, 3 məzunumuz isə kollec və texnikuma daxil olmuşdur. 4 nəfər isə peşə məktəbinə qəbul olunmuşdur. “Təhsil haqqında” qanunun yerinə yetirilməsi, şagirdlərin dərslərə müntəzəm davam etmələri, məktəblərin maddi-texniki bazasının artırılması, cari təmir işlərinin aparılması, yanacaqla təmin edilməsi ərazi nümayəndəliyinin və bələdiyyənin daimi nəzarətində olmuşdur.
Ərazidə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Qodman kəndində Sağlamlıq mərkəzi fəaliyyət göstərir ki, bunlarda 1 həkim, 6 orta ixtisas təhsilli tibb işçisi çalışır. Uşaqlar arasında ölüm hadisəsinə rast gəlinməmiş, yoluxucu infeksion xəstəliklərə təsadüf edilməmişdir. Uşaqlar üçün təyin edilmiş peyvəndlər vaxtında aparılır. 2018-ci ildə ərazi üzrə 586 uşağa 0-6 yaşa qədər planlı peyvənd edilmişdir.
Ərazidə oxucu kütləsinə xidmət göstərən 1 kitabxana vardır. Kitabxana Əzizabad kəndində yerləşir.
2018-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı tamamilə yerinə yetirilmiş, ordu sıralarına 12 nəfər çağırışçı göndərilmiş, əvvəlki illərdə ordudan yayınanların çağırışa cəlb edilməsi üçün tədbirlər həyata keçirilmişdir. Ərazidə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılması ilə bağlı tədbirlər həyata keçirilir, Səfərbərlik və Çağırış üzrə Dövlət xidməti Masallı rayon şöbəsinə hər cür köməklik göstərilir. 2003-ci il təvəllüdlü gəncin ilkin komissiyadan keçməsi təmin edilmiş , 2004-cü il təvəllüdlü 13 nəfər gəncin siyahısı ilkin komissiyadan keçmək üçün vaxtında SHXÇDX-nə təqdim edilmişdir.
Hesabat ilində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tədbirlər təşkil edilmişdir. Ərazi daxili idman yarışları keçirilmiş şəhidlərin ,Ulu öndər Heydər Əliyevin xatirəsinə ,YAP-ın 26 illiyinə həsr edilmiş turnirlərdə idmançılarımızın iştirakı təmin edilmişdir. Qeyd edək ki, Qodman kənd futbol komandası rayon turnirlərində fəal iştirak edir.
Qodman kənd inzibati ərazi dairəsini əhatə etdiyi kəndlərdə 475 elektrik abonenti və Qodman kəndində təbii qazdan istifadə edən 295 abonent vardır. Elektrik dirəklərinin naqillərin yarasız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısa qapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranır. Bu barədə Masallı rayon Elektrik şəbəkəsinə dəfələrlə şifahi və rəsmi məlumat verilmişdir. Ümüdvarıq ki, yaxın gələcəkdə problemlər öz həllini tapacaqdır.
Ərazinin təkcə Qodman kəndində 2018 – ci ildə qaz xəttinin açılışı olmuş və istifadəyə verilmişdir. 2019 – cu ildə Ərazinin Əzizabad və Məmmədrzakücə kəndlərinə qaz xəttinin çəkilişinə başlanılacaqdır. Ərazi nümayəndəliyi olaraq enerji sərfiyyatı haqlarının yığılmasını daim diqqət mərkəzində saxlayır.
Qodman inzibati ərazi dairəsi sakinlərinin əsas məşquliyyəti maldarlıq və əkinçilikdir. Belə ki, ərazidə 640 baş iri buynuzlu və 280 baş xırda buynuzlu malqara saxlanılır ki buda əvvəlki illərə nisbətən azdır. Buna səbəb sakinlərin torpağların istifadəsində daha çox əkinçiliyə marağın artması olmuşdur.
2017-2018- ci il əkinində 301 ha şum işi aparılmışdır, ondan 84 ha buğda, 101 ha arpa, 28 ha vələmir , 3 ha pomidor, 3 ha xiyar, 4 ha kartof, 3 ha soğan, 1 ha kələm, 6 ha sarımsaq, 2 ha lobya, 54 ha noxud, 2 ha mərci, 3 ha paxla, 2 ha lərgə, 1 ha zəfəran, 1 ha göyərti əkilmişdir.
Ümumilikdə 107 nəfər subsidiyaya müraciət etmişdir. Ondan 83.74 ha buğda, 92.94 ha arpa, 17.31 ha vələmir, 43.32 ha noxud, 3.38 ha sarımsaq əkmələri barədə məlumat verərək dövlət tərəfindən 15384 manat 10 qəpik pul vəsaiti ayrılmış istehsalçılara verilmişdir.
2018 –2019- cu ilin əkinində ərazidə 215 ha şum vurulmuşdur ki, ondan 60 ha buğda, 20 ha arpa, 2 ha sarımsaq, 3.5 ha yonca, 110 ha vələmir, 3 ha paxla, 1 ha sair bitkilər əkilmişdir. Ümumilikdə 199.5 ha əkin işi aparılmışdır. 35 ha yazlıq əkini nəzərdə tutulmuşdur. Çayçılığın və sitrus bitkilərinin əkilməsi ilə əlaqədar ərazidə maarifləndirmə işləri aparılmışdır. 2017-2018- ci illərin əkinlərinə nisbətən hesabat ilində azalma müşahidə olunmuşdur. Azalmaya səbəb isə torpağların təyinatına uyğun olmayan əkinlərin aparılması olmuşdur. Belə ki, bir neçə il ardıcıl olaraq taxıl bitkilərinin əkilməsi məhsuldarlıqın aşağı düşməsinə gətirib çıxarmışdır. Hesabat ilində Arıçıqla məşğul olan 20 vətəndaşın ümumilikdə 198 arı ailəsi qeydiyyata alınmış onlardan 10 arıçı subsidiyaya müraciət etmiş və yaxın zamanda subsidiyalar onların hesablarına köcürüləcəkdir .
2018-ci ildə ərazimizdə 40 qram barama saxlanılmış, 96 kiloqram yaş barama alınmış məhsul dövlətə təhvil verilmişdir. Bu il də 80 qram barama saxlanılması və kümçülüyün inkişaf etdirilməsi məqsədi ilə Çin xalq respublikasından gətirilmiş 1000 ədəd tut tingi əkilmişdir.
Pay torpaqlarından kənd təsərrüfatı məqsədləri üçün düzgün istifadə olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Uzun müddət istifadə olunmayan pay torpaqları dövlətə qaytarılacaqdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın, sitrusçulugun,çəltikçiliyin və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Bu məqsədlə regionlarda vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təhcizatı və Tədarükü Açıq səhimdar cəmiyyəti yaradılmışdır ki, cənub regionunda mərkəz Masallı rayonunda yerləşir. Rayonumuzda müasir tipli çəltik emalı müəssisəsi istifadəyə verilmişdir ki, burada yerli düyu növləri istehsal olunur.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə su aparıcı arxlar və kanallar təmizlənmiş, şumun vurulması və dənli bitkilərin yığılması zamanı ərazidə olan texnika səfərbər edilmiş, digər ərazilərdən texnikanın cəlb edilməsi üçün tədbirlər görülmüşdür. Əhaliyə dövlət vəsaiti hesabına verilən yardımlar vaxtında çatdırılmışdır.
. Ərazidə 4 mağaza, 2 bərbərxana, 2 çayxana fəaliyyət göstərir ki, burda 10 nəfər işçi çalışır. Sahibkarların işlərinə yersiz müdaxilələrin dayandırılması , sahibkarlıq üçün daha münbit şəraitin yaradılması haqqında ölkə başçısı cənab İlham Əliyevin tapşırığından sonra sahibkarlar üçün daha geniş meydan açılmışdır.
Ərazidə 3 məscid Qodman,Əzizabad və Məmmədrzakücə məscidləri fəaliyyət göstərir. Onlardan Qodman və Məmmədrzakücə kənd məscidlərinin dini icmaları dövlət qeydiyyatından keçmişdir, bu məscidlərə axundlar təyin edilmişdir. Məscidlərimizin axundları və xuddamları ,eləcədə dini ayinləri icra edən hər bir kəs radikal təmayüllü cərəyanlara məxsus şəxslərin məscidlərimizə daxil olmasının qarşısını kəskinliklə almış, dövlətçiliyimizə öz sədaqətlərini göstərmişlər
Ərazidə yerləşən qəbirastanlıqlarda da bələdiyyə tərəfindən və daxili imkanlar hesabına abadlıq, səliqə-sahman işləri aparılmışdır.
Şəhid və Qarabağ əlillərin ailərinə, müharibə vetranlarına, tənha və imkansız ailələrə bütün bayramlarda ərzaq sovqatı verilmişdir. Bələdiyyə tərəfindən 2018- ci ildə 4 ailəyə maddi yardım göstərilmişdir.

Ərazi nümayəndəliyi yerli məsələlərin həllində Qodman bələdiyyəsi ilə birgə iş planı əsasında əlaqəli işləyir, əhalini narahat edən məsələləri bələdiyyə ilə birlikdə həll edir. Ərazi nümayəndəliyi və bələdiyyənin diqqətində olan məsələlərin ən önəmlisi zəbt olunmuş torpaqların azad edilməsi və qanunsuz tikintilərin qarşısının alınması, daxili yolların təmiri olmuşdur. Yola saldığımız ildə bələdiyyə ilə birlikdə kənd arası yolların 1.2 kilometrinə qravil döşənmişdir. Qeyd edim ki burəqəmi daha da artimaq olar. Əgər vətəndaşlar vaxtında vergiləri ödəyərlərsə bələdiyyə daha çox iş görə bilər.
Hesabat ilində ərazidə qanunsuz tikintilərin aparılması və torpaqların zəbti ilə əlaqədar bir fakt barədə rayon İcra hakimiyyətinə materiallar inzibati komissiyaya göndərilmişdir. Ərazi nümayəndəliyi əmlak və torpaq vergilərinin yığılmasında bələdiyyəyə yaxından köməklik göstərir.
Qeyd etmək istərdim ki, vergilərin yığılması işi qənaətbəxş deyildir. Bələdiyyənin əsas gəlir mənbəyi olan vergi yığımı işində bütün bələdiyyə üzvləri, eləcədə vətəndaşlar məsuliyyəti artırmalıdırlar. Ərazidə abadlıq –quruculuq işlərinin aparılması üçün vətəndaşlar torpaq və əmlak vergilərini vaxtinda odəməlidirlər.
2019-cu il dekabr ayında növbəti bələdiyyə seçkiləri gözlənilir. Seçkinin demokratik keçirilməsini təmin etmək üçün səlahiyyətlərimiz çərçivəsinndə fəaliyyət göstərəcəyik.
2012-2018 -ci illər ərzində ərazidə Dövlət proqramı çərçivəsində görülmüş işlər bunlardır. 2012-ci ildə Qodman kəndində müasir tələblərə cavab verən 360 yerlik tam orta məktəb tikilib istifadəyə verilmişdir. 2013-cü ildə Qəriblər -Əzizabad-Qodman kənd ara yoluna 3300 metr uzunluğunda asvalt çəkilmişdir. 2013-cü ildə Qodman kəndində 256 yerlik elektron ATS binası tikilib istifadəyə verilmişdir . 2014-2016- cı illər AZKİL 2 tərəfindən Qodman ,Əzizabad və Məmmədrzaküçə kəndlərində ümümilikdə 13240 metr uzunluğda çınqıl tökülərək yollar təmir edilmişdir. 2017-ci ildə Əzizabad kəndində Kənd təsərrüfatının inkişafı üçün artezian quyusu qazılaraq istifadəyə verilmişdir. 2018-ci ildə ölkəmizin siyasi həyatında çox mühüm hadisə baş verdi. Aprelin 11-də Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkiləri keçirildi. Ərazidə fəaliyyət göstərən seçki məntəqələrinin seçkiyə tam hazır olması və seçkilərin yüksək səviyyədə keçirilməsindən ötrü ərazi nümayəndəliyi bütün qüvvəsini səfərbər etdi. Seçicilərimiz hər zaman olduğu kimi yenə də dovlətimizi bütün dünyada ləyaqətlə təmsil edən, xalqımızın rifahı və ölkəmizin inkşafı üçün yorulmadan fəaliyyət göstərən namizədə cənab İlham Əliyevə səs verdi.
2019-ci il qarşımıza böyük vəzifələr qoyur. Ərazimizdə abadlıq, səliqə-sahman işləri aparmaq, əhalini narahat edən məsələləri vaxtında həll etmək, yolların təmirinə xüsusi fikir vermək, “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərini ləyaqətlə yerinə yetirmək və s.
Ərazidə 2018-ci ildə bir sıra işlər görülmüşdür. Bundan Qodman kəndində təbii qaz istifadəyə verilmişdir. Ərazidə 1.2 km uzunluğunda kənd arası yollar təmir edilmişdir. Su ötürücü keçidlər təmizlənmişdir. Ərazidə olan məyişət tullantıları iməcilik yolu ilə vaxtaşırı təmizlənmişdir. Ərazinin qəbristanlığında iməcilik yolu ilə kənd sakinləri tərəfindən mütəmadi olaraq abadlaşdırma işləri aparılmışdır. Bayramlarda 19 imkansız ailəyə yardım
edilmişdir. Daxili imkanlar hesabına elektrik naqillərinə maneçilik torədən ağaclar budanmış və 7 ədəd elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur . Ərazidə taxıl və yem tədarükünün vaxtında və təhlükəsiz başa çatması üçün mövcud texnikalar səfərbər edilmiş və yanğın təhlükəsizliyinin qarşısı alınması məqsədi ilə əhali arasında marifləndirilmə işləri aparılmış, müəyyən təhlükəsizlik tədbirləri görülmüşdür. Ərazidə yay mövsümü ilə əlaqədar kiçik su tutarlar yaradılmışdır. Qodman bələdiyyəsi tərəfindən 6 imkansız ailənin elektrik enerjisinə olan borcunun müəyyən miqdarı ödənilmişdir. Kənd Təsərrüfatının inkişafından ötrü Qodman kəndində 150 metr dərinlikdə artezian quyu qazılaraq istifadəyə verilmişdir.Həm çinin dövlət proqramı çərçivəsində özünə məşğulluq proqramı üzrə inzibati ərazi dairəsi üzrə 4 nəfər iştirak edərək kiçik ailə biznesinin yaradılmasından ötrü onlara mal – qara verilmişdir.

Keçidlər