25 oktayabr 2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində “Erkən nikahların fəsadları” mövzusunda maarifləndirici seminar keçirilmişdir
25 oktayabr 2013-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “Erkən nikahların fəsadları” mövzusunda Masallı Rayon İcra Hakimiyyətinin, Təhsil və Səhiyyə Şöbələrinin əməkdaşlarının iştirakı ilə marifləndirici seminar keçirilmişdir.
68 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Məhəmməd Abasquliyev çıxış edərək gənclərə erkən nikahların fəsadları mövzusunda ümumu məlmumatlar verərək bildirmişdir ki, bəzən erkən nikahlar qızların istəklərinin göstəricisi kimi göstərilsə də sonradan araşdırmalar göstərir ki, buna səbəb valideyinlərin öz övladlarını təhsildən yayındıraraq mümkün qədər tez ərə vermək haqqında fikirləşməsidir. Bu isə gələcəkdə xoşagəlməz fəsadlara yol açır.
Bu gün cəmiyyətdə erkən nikahlarla bağlı maarifləndirmə və təbliğa-təşviqat işlrinə ciddi ehtiyac duyulur. Bu məqsədlə də masallı rayon Gənclər və İdman İdarəsi bu mövzuda işləri daha da gücləndirir və geniş maarifləndirici tədrbirlər təşkil edərək gənclərimizi məlumatlandırmağa çalışır.Buna misal olaraq Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması ilə bağlı seminar mühazirə, "Hüqüqlarını tanı" devizi altında "Erkən nikahların qarşısının alınması","Erkən nikahların törədə biləcəyi fəsadlar" ," Erkən nikahlara yox deyək" devizi altında tədbirlər keçirilmişdir.
Sonra tədbirdə "Tərəqqi İnkişafı İctimai Birliyi"nin sədri Raci Səfərov, Masallı rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Sevinc Rəfiyeva və başqaları çıxş edərək bildirdilər ki, erkən yaşlarda qızlar ailə qurmağa, dünyaya uşaq gətirməyə nə fiziki, nə də mənəvi cəhətdən hazır olmurlar bu isə bir çox hallarda doğuş zamanı uşaqların və gənc ailələrin ölüm riskini artırmış olur. Erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Bu isə ailənin dağılmasına səbəb olur.
Tədbirdə gənclərlə interaktiv diskussiya aparıldı, gənclərin fikirləri dinlənildi və suallar ekspertlər tərəfindən cavablandırıldı.
Tədbir iştirakçılarına maarifləndirci bukletlər paylanıldı.