Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sərbəst güləş idman növü üzrə rayon birinciliyi

17 yanvar 2019 | 16:00

16-17 yanvar 2019-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 2005-2007-ci il təvəllüdlü idmançılar arasında sərbəst güləş idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.

Tədbirin mükafatlandırılma mərasiminda Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi tariximizə qəhrəmanlıq salnaməsi kimi yazılmış və hər Azərbaycanlının yaddaşına əbədi olaraq xalqımızın igidlik səhifəsi kimi həkk olunmuşdur. Sonda bir daha idmançılara uğurlar bu idman yarışında arzulamışdır
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, həmin qanlı hadisələrin Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərdiyini vurğulayıb. Sonda bir daha idmançılara uğurlar arzulayaraq daima Azərbaycan Respublikasının üç rəngli bayrağının ən uca zirvələrdə olmağını bildirdi
10 çəki dərəcəsində 100 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar

Keçidlər