Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılavar ərazisində hesabat yığıncağı

17 yanvar 2019 | 16:00

17 yanvar 2019-cu il tarixdə Qızılavar ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yunis Ağayevin hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Y. Ağayev qeyd etmişdir ki, Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2  kəndi  - Qızılavar və Dəlləkoba kəndlərini əhatə  edir . Ərazidə   4172 nəfər  əhali  qeydiyyatdadır . Onların 2112 nəfəri kişi , 2060 nəfəri qadındır. Ərazidə 1195 təsərrüfat olmaqla   733   yaşayış evi vardır.Hal -hazırda ərazidə 56 boş ev vardır . Qeydiyyatda olub ərazidə yaşamayanların sayı 739 nəfərdir. Ərazinin ümumi sahəsi   837  hektardır.
          Qızılavar ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli  648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən  qurmuşdur.
         Əsasnaməyə əsasən illik və  rüblük iş planları təsdiq edilmiş,nümayəndəliyin fəaliyyəti bu iş planları əsasında  həyata keçirilmişdir.
         Təsdiq edilmiş iş planlarına uyğun olaraq nümayəndəlikdə səlahiyyətləri  çərçivəsində   59 sərəncam verilmiş  və icrasına  nəzarət edilmişdir. Sərəncamlar ərazi nümayəndəliyinin işinin təşkili, ərazinin sosial-iqtisadi inkişafı,“Yerli İcra Hakimiyyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələr, kargüzarlıq işlərinin aparılması, “Ailə Məcəlləsi"nə əməl edilməsi , qanunsuz  tikintilərin və torpaqların  zəbt olunmasının, azyaşlı qızların erkən ailə həyatı qurmasının  qarşısının  alınması , vətəndaşların müraciətlərinə baxılması işi ,gənclərin  həqiqi hərbi  xidmətə çağırışı  və s. haqqında olmuşdur. Xüsusilə əhalini narahat edən məsələlərlə  bağlı  verilmiş  sərəncamların  icrası diqqət  mərkəzində  olmuşdur.Tarixi gün və bayramların keçirilməsi üçün tədbirlər  planı hazırlanmış və icrası təmin edilmişdir.
         Azyaşlı qızların erkən ailə həyatı qurmasına qarşı mübarizə ərazi nümayəndəliyinin əsas vəzifələrindən biri olmuşdur. Azyaşlı qızların erkən ailə həyatı qurması faktı cəmiyyətin bəlası olmaqla bərabər yeni qurulmuş ailəni dağıdan, gənclərimizin həyatını məhv edən əsas səbəblərdən biridir. Ərazi nümayəndəliyi bu işdə “ Ailə Məcəlləsi” ni, “Təhsil haqqında” qanunu, Masallı RİH-nin başçısı cənab R.Hüseynovun imzası ilə təsdiq edilmiş tədbirlər planını rəhbər tutaraq əhali arasında maarifləndirmə işləri aparmışdır. Hesabat ilində azyaşlı qızların erkən ailə həyatı qurması ilə bağlı faktların qarşısı alınmışdır. Üç vətəndaş isə nikah yaşının azaldılması ilə bağlı rayon İcra başçısına müraciət etmişdir. 
         Ulu öndərimiz H.Əliyevin 95 illiyi ərazimizin bütün yaşayış məntəqələrində təntənəli şəkildə qeyd edilmiş, ərazidən olan nümayəndələrinin Ulu Öndər H.Əliyevin abidəsinin ziyarəti təşkil edilmişdir.
         Ərazi dairəsində “20 yanvar” hüzn günü, “Xocalı faciəsi”, “31 mart Azərbaycanlıların soyqırımı günü” qeyd edilmiş, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilmiş, şəhid məzarları ziyarət edilmişdir.
        Bu il də 20 yanvar “Ümumxalq hüzn günü”nün 29 illiyi qeyd olunur. Rayonumuzda və ərazimizdə tədbirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi “ Tədbirlər planı” əsasında keçiriləcək , xalq şəhidlərinə öz ehtiramını hər il olduğu kimi yenə də layiqincə göstərəcək.
       Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 27-ci ildönümü, Azərbaycan Xalq Cumhuriyyətinin  100 illiyi rayonda və ərazidə təntənəli şəkildə qeyd edilmiş, ərazidən olan nümayəndələrin rayon tədbirlərində iştirakı təmin edilmişdir.
      Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını,ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir.       
        Ərazi nümayəndəliyi üzrə 8 əmr verilmişdir. Əmrlər nümayəndəlik işçilərinin  məzuniyyətə buraxılması , mükafatlandırılması ,ərazi  nümayəndəliyinin  maliyyə fəaliyyətinin  aparılmasına aid olmuşdur. Əmrlər mövcud  təlimata uyğun hazırlanmışdır.
        Ərazi nümayəndəliyi təsdiq edilmiş iş planına uyğun  olaraq təsərrüfatbaşına kitablarda dəqiqləşmələr aparmış, 2019-ci ilin  yanvar ayına məlumatlar dəqiqləşdirilmişdir. 2018-ci  ildə mütəmadi  olaraq  seçki siyahıları dəqiqləşdirilmiş və bütün  dəyişikliklər  haqqında dairə seçki  komissiyasına müntəzəm məlumat verilmişdir.Təsərrüfatbaşına kitabların yazılması və məlumatların  dəqiqləşdirilməsi işi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 21 dekabr 2015-ci il tarixli 21/11s sərəncamı ilə təsdiq edilmiş təlimata uyğun aparılmışdır.
          Ərazi nümayəndəliyinə  müxtəlif  idarə və təşkilatlardan ­­­­­­45   məktub daxil olmuş və  ərazi nümayəndəliyi tərəfindən 65 məktub  göndərilmişdir.” Dövlət hakimiyyəti orqanlarında , idarə, təşkilat və müəsisələrində kargüzarlığın aparılması qaydaları haqqında “ təlimata uyğun olaraq  daxil  olan  məktublar sıra  üzrə qeydə alınmış,dərkənar qoyulmuş ,araşdırılmış  və müddət pozuntusu olmadan aidiyyatı  təşkilatlara cavab  verilmişdir.  Vətəndaşların vəziyyəti aktları qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmış, “Ailə Məcəlləsi”nin tələblərinə əməl edilmişdir. 2018-ci ildə  ərazi nümayəndəliyində 29 doğum, 18 ölüm,5 nikah qeydə alınmışdır.
        “ Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin  tələblərinə uyğun  olaraq  nümayəndəliyin  başlıca  vəzifəsi vətəndaşların  qəbulunun  təşkili ,onların  ərizə ,şikayət və  təkliflərinə baxılması işi  olmuşdur. Hər rübün axırında vətəndaşların müracətlərinə baxılması vəziyyəti təhlil edilmiş və bu barədə sərəncamlar verilmişdir.
          Müraciətlərə  “ Vətəndaş  müraciətləri  haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılmış, onlara həssaslıqla yanaşılmış, haqlı tələbləri təmin edilmişdir.
Bu barədə Qızılavar ərazi nüməyədəsinin müavini Hacırza Nağıyev geniş məlumat verəcək.
          Ərazi nümayəndəliyi vətəndaşların qaldırdığı bütün  məsələləri bələdiyyənin köməyi və daxili imkanlar hesabına həll etmişdir.Ərazi nümayəndəliyinin səlahiyyətlərindən kənar məsələlər isə aidiyatı təşkilatlar qarşısında qaldırılmışdır.
         Ərazi nümayəndəliyi tərəfindən  imkansız  və  tənha ailələrə köməklik göstərilir.  Bu xeyrxah işi davam etdirməyə  imkanlı adamları, dini icmanı , məhəllə komitələrini dəvət edirik.       
        Vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin daha da yaxşılaşdırılması  üçün görülən tədbirlərin  nəticəsidir ki, istər rayon İcra hakimiyyəti başçısının qəbulunda olmuş vətəndaşların, istərsə də yuxarı təşkilatlara edilən müraciətlərin sayı azalmışdır.
               
Ərazidə 1 tam orta,1 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblərdə 506 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 58  müəllim məşğul olur.8  məzunumuz ali məktəblərə qəbul olunmuşdur. Sevindirici haldır ki, yüksək bal toplayan məzunlarımız vardır.Bu uğura görə məktəblərin rəhbərliyinə və pedaqoji kollektivinə təşəkürümü bildirirəm . “Təhsil haqqında” qanunun yerinə yetirilməsi, şagirdlərin dərslərə müntəzəm davam etmələri, məktəblərin maddi-texniki bazasının artırılması,cari təmir işlərinin aparılması, yanacaqla təmin edilməsi ərazi nümayəndəliyinin və bələdiyyənin daimi nəzarətində olmuş, onlara hər cür köməklik göstərilmişdir.
Şagirdlərin,  xüsusən  yuxarı  sinifdə oxuyan  qızların dərsə davamiyyətində problemlər vardır. Bəzi  valideyinlər qız  uşaqlarının məktəbə  gəlməsinə mane  olur ,onları  dərsdən  yayındırırlar.Doqquzuncu sinfi bitiən qız uşaqlarının onuncu sinfə qəbulu zamanı çətinliklər olur. Məktəb  direktorlarının  təqdimatı əsasında valideyinlərlə  görüşür, söhbətlər aparırıq. Lazım  gəldikdə inzibati  tədbirlər həyata keçirilir. Məktəblərdə valideyn  komitəsinin işi düzgün qurulmalıdır. Vəzifəsindən  asılı olmayaraq bu  ciddi işdə hər bir  kəs böyük  məsuliyyət  daşıdığını dərk etməlidir.Ziyalılar, ağsaqqallar məktəb  həyatına daha çox  cəlb  olunmalı, belə mənfi halların  qarşısını almaq üçün hamı çalışmalıdır.
           Ərazidə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün tədbirlər  görülür .Qızılavar kəndində həkim məntəqəsi fəaliyyət göstərir ki, bunlarda 2 həkim, 6 orta ixtisas təhsilli tibb işçisi çalışır. Uşaqlar arasında ölüm hadisəsi demək olar ki, yoxdur, yolxucu infeksion xəstəliklərə təsadüf edilməmişdir. Uşaqlar üçün təyin edilmiş peyvəndlər vaxtında aparılır. 2018-ci ildə ərazi üzrə 40 uşağa peyvənd  edilmişdir.
Ərazidə fəaliyyət  göstərən kitabxana üçün ərazi  nümayəndəliyində yeni  otaqlar ayrılmış , təmir  işləri  aparılmış , yeni  kitablar  və  avadanlıqlar alınmış , oxucular üçün rahat şərait yaradılmışdır. 2018-ci ildə oxucuların sayı 360 nəfər olmuşdur.
           2018-ci ildə gənclərin həqiqi hərbi xidmətə çağırışı tamamilə yerinə yetirilmiş, ordu sıralarına   27  nəfər çağırışçı göndərilmiş, əvvəlki illərdə ordudan yayınanların çağırışa cəlb edilməsi üçün tədbirlər həyata keçirilmişdir. Ərazidə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin artırılması ilə bağlı tədbirlər həyata keçirilir, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə hər cür köməklik göstərilir. 2003-cü il təvəllüdlü  gəncin ilkin  komissiyadan  keçməsi təmin  edilmiş , 2004-cü il təvəllüdlü 17 nəfər gəncin siyahısı ilkin komissiyadan keçmək üçün vaxtında SHXÇDX-nə təqdim edilmişdir.
           Hesabat ilində gənclərin  asudə  vaxtlarının səmərəli  keçirilməsi  üçün tədbirlər təşkil  edilmişdir. Ərazi daxili idman yarışları keçirilmiş şəhidlərin ,Ulu öndər  Heydər Əliyevin  xatirəsinə ,YAP-ın 26 illiyinə həsr  edilmiş turnirlərdə idmançılarımızın iştirakı  təmin  edilmişdir. Qeyd edək ki, Qızılavar kənd  futbol komandası rayon  turnirlərində  fəal iştirak edir.
          Qızılavar kəndində 846  elektrik abonenti və təbii qazdan istifadə edən 858 abonent vardır. 24 saat dayanıqlı enerji verilməsi təmin edilmişdir.
          Təbii qazın verilməsində bir sıra mühüm işlər görülmüş, təbii qazın təzyiqi norma daxilində qaldırılmış,əhalinin bu xidmət sahəyə olan haqlı narazılıqları aradan qaldırılmışdır. Ərazi nümayəndəliyi olaraq enerji sərfiyyatı haqlarının yığılmasını daim diqqət mərkəzində saxlayır və bu məqsədlə yaradılmış qərərgah hər cür köməklik göstərir.
              Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.  Dövlətimizin qayğısı nəticəsində əhalinin kənd təsərrüfatı məhsulları istehsalına marağı artır. Bunun nəticəsidir ki, ərazidə 131 hektar sahədə buğda, 48 hektar sahədə arpa, 49 hektar sahədə vələmir , 1 hektar sahədə kələm , 23 hektar sahədə noxud,1 hektar sahədə kortof,36 hektar sahədə sarımsaq,10 hektar sahədə çəltik,8 hektar sahədə yonca əkilmişdir.Məhsul vaxtında və itkisiz tədarük edilmişdir. Lakin istehsal olunmuş bəzi məhsulların satışında əngəllər yaranmışdır.Buna baxmayaraq payçılarımızın kənd təsərrüfatı məhsullarının istehsalına və tədarükünə maraqları günü-gündən artır Bu işdə  payçılarımızın fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Kənd təsərrüfatı məhsulları istehsalının istiqmətinin dəyişdirilməsi, daha sərfəli və rayon  üçün ənənəvi tərəvəz məhsulları istehsalına  keçilməsi artıq  günün tələbinə çevrilmişdir.
2018-ci ildə ərazimizdə   iki qutu barama saxlanılmış,barama qurdunun saxlanılmasına xüsusi qayğı göstərilərək,bütün zəruri tədbirlər görülmüşdür.Bunun nəticəsində də normadan iki dəfə artıq yaş barama istehsal edilmişdir. Dövlətə 160 kiloqram yaş  barama məhsulu təhvil verilmişdir.Baramaçılıq sahəsində əməli və nümünəvi işimizin nəticəsində  rayon üzrə ən yüksək göstəriciyə nail olmağımızdır.Bu sahədə gördüyümüz işlərə görə Masallı RİH-nin başçısı Rafil Hüseynov cənabları xüsusi təşəkkürünü bildirmişdir. 2019-cu ildə baramaçılıq sahəsinə olan təcrübəmizdən geniş və səmərəli istifadə edərək daha da yüksək məhsul götürülməsinə nail olunmasını Sizi əmin edirik. Ərazidə barama saxlanılması və kümçülüyün inkişaf etdirilməsi məqsədi ilə yerli istehsalı olan beş yüz qırx ədəd və xaricdən gətirilmiş beş yüz ədəd ümumi min ədəddən yuxarı tut ağacı əkilmişdir.
          Pay torpaqlarından kənd  təsərrüfatı məqsədləri  üçün düzgün  istifadə  olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Milli məclisin qəbul etdiyi yeni qanuna əsasən uzun müddət  istifadə olunmayan pay torpaqları Dövlətə qaytarılacaqdır.
           Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən Fərmanı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq,Dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliyini daha da artırmaq və sistemliyini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlətə məxsus “Aqrar tədarük və təchizat”Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.  Bu məhsulların istehsalı üçün göstərilən Dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın, sitrusçuluğun,çəltikçiliyin və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Bu məqsədlə regionlarda vətəndaşlardan Aqrar məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır ki, cənub regionunda mərkəz Masallı rayonunda yerləşir.Rayonumuzda  müasir tipli  çəltik emalı müəssisəsi istifadəyə verilmişdir ki.burada yerli düyu növləri istehsal olunur.
          Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə su aparıcı arxlar və kanallar təmizlənmiş,  şumun vurulması və dənli bitkilərin yığılması zamanı ərazidə olan texnika səfərbər edilmiş, digər ərazilərdən texnikanın cəlb edilməsi üçün tədbirlər görülmüşdür. Əhaliyə Dövlət vəsaiti hesabına verilən yardımlar  vaxtında çatdırılmışdır.
    Cari ilin məhsulu üçün 248 hektar sahəyə şum vurulub.149 hektar buğda,31 hektar arpa,12 hektar vələmir, 27 hektar sarmısaq, 5 hektar yonca əkilmişdir.
.         Ərazidə  24 özəl ticarət iaşə obyektləri vardır.1 kafe,1 özəl tibbi mərkəz,  1 yanacaqdoldurma, 1 maye qaz məntəqəsi, 1 mebel sexi, 12 satış mağazası, 3 avtomobil təmiri obyekti,  , 2 bərbərxana, 1 çörək- bişirmə sexi, 1 aptek  fəaliyyət göstərir ki, burda 192 dən çox işçi çalışır. Sahibkarların işlərinə yersiz müdaxilələrin dayandırılması , sahibkarlıq üçün daha münbit şəraitin yaradılması haqqında ölkə başçısı cənab İlham Əliyevin tapşırığından sonra sahibkarlar üçün daha geniş meydan açılmışdır.
          Ərazidə 3 məscid fəaliyyət göstərir. Qızılavar-1 kənd məscidinin dini icması Dövlət qeydiyyatından keçmiş,Qızılavar-2 məscidinin dini icmasının sənədləri hazırlanaraq Dövlət qeydiyyatından keçmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilmiş,Dəlləkoba kənd məscidinin dini icmasının Dövlət qeydiyyatına alınması üçün sənədlərin hazırlanma işləri aparılır.Dövlət qeydiyyatından keçmiş məscidlərə axundlar təyin edilmişdir. 2018-ci ildə məscidlərimizin hamısı daxili imkanlar hesabına təmir olunmuşdur. Məscidlərimizin  axundları və xuddamları ,eləcədə dini ayinləri icra  edən  hər  bir  kəs radikal təmayüllü cərəyanlara məxsus şəxslərin məscidlərimizə daxil  olmasının  qarşısını kəskinliklə almış, Dövlətçiliyimizə öz  sədaqətlərini göstərmişlər.
          Ərazidə 2 şəhid ailəsi,3 Qarabağ əlili vardır.Şəhid ailələrinə və Qarabağ əlillərinə Dövlət tərəfindən həmişə qayğı göstərilir.  Bu ailələrə və imkansız ailələrə bütün bayramlarda ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən ərzaq sovqatı verilmişdir. Hesabat ilində 38  ailəyə maddi yardım göstərilmişdir.
        Hesabat ilində ərazidə geniş böyük abadlıq-quruculuq işləri aparılmışdır.Belə ki,Masallı-Boradigah şosse yolunun Qızılavar ərazisindən keçən hissəsində yolqırağı kol-koslardan təmizlənmiş,ağaclar budanmış,əhənglənərək səliqə-səhman yaradılmışdır,  ərazidə yaşıllaşdırma, ağacəkmə işləri aparılmışdır, Məktəb həyətlərində, yol kənarlarında, ictimai yerlərdə, su aparıcı kanalların ətrafında mindən çox  ağac əkilmişdir,1941-1945-ci illər BVM-də həlak olanların şərəfinə ucaldılmış abidə ərazisində təmizlik işləri aparılmış və əhənglənmişdir, ərazidə 1.2 km uzunluğunda kənd  arası  yollar  təmir edilmişdir,1.5 km su aparıcı kanallar təmir edilmişdir,bərk məişət tullantılarının yığılması və ərazidən uzaqlaşdırılmasından ötrü əhali ilə müqavilələr bağlanır və zibil ərazidən təmizlənir,bayramlarda 38 imkansız ailəyə yardım  edilmişdir,
ərazidə yolların mühavizə və qorunma sahələrində yaşıllaşdırma işləri aparılmışdır, qəzalı vəziyyətdə olan bir neçə elektrik və rabitə dirəyi dəyişdirilmişdir,sıradan çıxmış bir ədəd elektrik transformatoru yenisi ilə əvəz edilmişdir,Qızılavar kənd qəbirstanlığında abadlıq işləri görülmüşdür,şosse yolunun qırağında olan küçə işıqları yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilmişdir.     
             2018-ci ildə sahibkarlar və kənd xeyriyyəçiləri tərəfindən 150 min manat dəyərində investisiya qoyularaq ərazidə iki ticarət və iaşə obyekti,1 avtomobil təmiri sexi,Qızılavar və Dəlləkoba kəndlərində yerləşən məscidlərin həyətlərində mərasim zalları tikilərək istifadəyə verilmişdir.           
             2018-ci ildə ölkəmizin  siyasi  həyatında çox mühüm hadisə baş  verdi. Aprelin 11-də    Azərbaycan  Respublikasında növbədənkənar Prezident seçkiləri keçirildi. Ərazidə  fəaliyyət göstərən seçki məntəqələrinin seçkiyə tam hazır olması və seçkilərin yüksək səviyyədə keçirilməsindən ötrü  ərazi nümayəndəliyi bütün qüvvəsini səfərbər etdi.  Seçicilərimiz hər zaman olduğu kimi yenə də  Dövlətimizi bütün dünyada ləyaqətlə təmsil edən, xalqımızın rifahı və ölkəmizin inkşafı üçün yorulmadan fəaliyyət göstərən namizədə hörmətli Prezidentimiz  cənab İlham Əliyevə sədaqət göstərərək yekdilliklə ona səs vermişlər.
          Ərazi nümayəndəliyi yerli məsələlərin həllində Qızılavar bələdiyyəsi ilə birgə iş planı əsasında əlaqəli işləyir, əhalini narahat edən məsələləri bələdiyyə ilə birlikdə həll edir. Ərazi nümayəndəliyi və bələdiyyənin diqqətində olan məsələlərin ən önəmlisi zəbt olunmuş torpaqların azad edilməsi və qanunsuz tikintilərin qarşısının alınması, daxili yolların  təmiri  olmuşdur.          
        Hesabat ilində ərazidə qanunsuz tikintilərin aparılması və torpaqların zəbti ilə əlaqədar  bir neçə fakt barədə rayon  İcra hakimiyyətinə və Polis şöbəsinə məlumat verilmiş, materiallar inzibati  komissiyaya göndərilmişdir. Ərazi nümayəndəliyi əmlak  və  torpaq  vergilərinin yığılmasında bələdiyyəyə  yaxından köməklik göstərir.
        Qeyd  etmək  istərdim ki, vergilərin  yığılması  işi  qənaətbəxş  deyildir. Bələdiyyənin əsas gəlir  mənbəyi olan vergi yığımı  işində bütün  bələdiyyə üzvləri,eləcədə  vətəndaşlar məsuliyyəti  artırmalıdırlar. Ərazidə abadlıq –quruculuq işlərinin aparılması üçün vətəndaşlar torpaq və əmlak vergilərini vaxtinda ödəməlidirlər.
         Yuxarıda sadalanan görülmüş işlərlə yanaşı qarşıda duran vəzifələrimizdə vardır.Qarşıda duran vəzifələrimizdən Qızılavar kənd tam orta məktəbinin əsaslı təmir edilməsi,kənd ara yollarının təmiri,qəzalı rabitə və elektrik dirəklərinin dəyişdirilməsi,Böyük Vətən Müharibəsində həlak olan həmvətənlərimizin abidəsinin təmir edilməsi,Qızılavar tibb məntəqəsinin yeni binasının tikilməsi,ərazidə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi qarşıda duran vəzifələrimizdəndir.

Keçidlər