MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
20 yanvar 2019-cu il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilmişdir.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər.
Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq şəhidlərin ruhunu ehtirmla yad etmişlər.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir.