Lürən ərazisində hesabat yığıncağı
23 yanvar 2019-cu il tarixdə Lürən ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Z. Əbilov qeyd etmişdir ki, Lürən kənd inzibati ərazi vahidi üç kəndi Lürən ,Pircana Yusifli kəndlərini əhatə edir.Kəndimiz rayon mərkəzindən 6 km məsafədə yerləşir.Ərazinin ümumi torpaq sahəsi 533 ha, əhalisi isə 512 təsərrüfat olmaqla 1908 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən “Yerli İcra hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq qurmuşdur. 2018-ci ildə nümayəndəlikdə 8 əmr verilmişdir.Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir.İş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəlik tərəfindən səlahiyyətləri daxilində 65 sərəncam, verilmişdir.Verilən sərəncamlar əsasən ərazinin sosial-iqtisadi inkişafı,vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması,hər il yanvarın 1 vəziyyətinə təsərrüfatbaşına kitabların dürüstləşdirilməsi,tarixi gün və bayramların qeyd edilməsi,kütləvi tədbirlərin keçirilməsi,qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması, bələdiyyə ilə birgə iş fəaliyyəti və digər məsələlər barədə olmuşdur.
Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, ərazidə fəaliyyət göstərən təhsil, səhiyyə , mədəniyyət müəssisələri və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri,20 yanvar faciəsinin il dönümü,26 Fevral Xocalı soyqırımı,31 mart Azərbaycanlıların Soyqırımı və digər tarixi gün və bayram günləri ərazidə qeyd edilmişdir.
Nümayəndəlikdə “Dövlət icra hakimiyyəti orqanlarında ,idarə,müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında”təlimata və iş nomenklaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması qovluqları açılmışdır.
Nümayəndəliyə 2018-ci ildə müxtəlif təşkilatlardan 19 sənəd məktub daxil olmuşdur.Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmuş,daxilə ştempi vurularaq qeydiyyata alınmışdır.Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış,cavablandırılması tələb olunan sənəd-məktubların icrası vaxtında təmin edilmiş,icra barədə yekun arayış yazlmış, qeydiyyat nəzarət vərəqləri işlənilmişdir.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində baxılmasına daima səy göstərilmiş,müraciətlərə həssaslıqla yanaşılmışdır.
2018-ci il ərzində nümayəndəliyə vətəndaşlar tərəfindən 2 yazılı və 16 şifahi müraciət daxil olmuşdur. Bir qayda olaraq bütün müraciətlərə vaxtında cavab verilmiş,müddət pozulmasına yol verilməmişdir. Daxil olmuş iki ərizənin ikisidə təsərrüfatdan ayrılmalar ilə bağlı olmuşdur.Təsərrüfatdan ayrılmalar ilə bağlı ərizə ilə müraciət edən vətəndaşların hər birinin ərizəsi araşdırılmış,Komissiya tərəfindən aktlar tərtib olunmuşdur.Tərtib olunmuş aktlarda vətəndaşların təsərrüfatlarından ayrılmaları məqsədəmüvafiq hesab olunduğundan onların təsərrüfatlardan ayrılmaları haqqında sərəncamlar verilmişdir.Təsərrüfatbaşına kitabda onlar üçün yeni təsəttüfatlar açılmış və bu barədə vətəndaşlara arayışlar verilmiş,onlara məktub göndərilmişdir.Nümayəndəliyə daxil olmuş şifahi müraciətlər əsasən əkin və həyətyanı sahələrə mal-qaranın girməsi,həyətyanı və yaşayış evlərinin su basması,ünvanlı sosial yardımın alınması, qonşu mübahisələri və.s olmuşdur. Daxil olmuş müraciətlər əsasında Lürən kənd ərazisi üzrə nümayəndəliyi mal-qara sahibləri ilə dəfələrlə söhbətlər aparmış bildirişlər göndərmiş, ÜSY üçün lazım olan arayışlar vətəndaşalara təqdim edilmiş, Digər mübahisəli müraciətlər ağsaqqalların və ziyalıların köməkliyi ilə həll edilmişdir.
2018-ci ildə Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ərazidə 29 avqust 2018-cı il tarixdə vətəndaşlarla səyyar görüş keçirmiş və həmin görüşdə 85 nəfər vətəndaş iştirak etmiş, , 6 nəfər cıxış etmişdir. 1-cıxış Qazın təzyiqinin aşağı olması barədə,1-cıxış su probleminin həll olunmasına köməklik olunması barədə,1 cıxış kənddə olan bulaqın yenidən bərpası barədə,1-cıxış Tütünun qiymətinin aşağı olması barədə,1-cıxış qızının işlə təmin olunması barədə,1 çıxış görülən işlərə və vaxtaşırı görüşə görə minnətdarlıq olmuş. Qaldırılan məsələrə Rayon İcra hakimiyyətinin başçısı Cənab Rafil Hüseynov öz münasibətinin bildirmiş,tapşırıqlarını vermişdir.
Lürən kənd inzibati ərazisinin vətəndaşları tərəfindən yuxarı rəhbər orqanlara 1 müraciət ünvanlanmışdır .Bu müraciət Prezident Administrasiyasına müalicə ilə bağlı ünvanlanmışdır.2018-ci ildə Lürən kənd ərazi üzrə 8 nəfər Masallı rayon İcra hakimiyyətinə yazılı müraciət etmişdir. Bundan əlavə 4 nəfər rayon İcra hakimiyyəti başçısının qəbulunda olmuşlar.Bunların da hamısı müxtəlif səpgidə olan müraciətlərdir.Bütün müraciətlər aidiyyəti üzrə baxılmış,rayon İcra hakimiyyəti başçısının qəbulunda olan vətəndaşların haqlı müraciətləri dərhal həll edilmiş,bəzi müraciətlərlə bağlı vətəndaşlara lazımi tövsiyələr verilmiş,haqsız müraciətlərin isə qanunauyğun olaraq tənzimlənməsinə cəhd göstərilmişdir.Buna baxmayaraq belə müraciətlər bugün də davam etməkdədir.
Rayonumuzun ayrı-ayrı ərazilərində görülən işlərlə yanaşı Lürən kənd inzibati ərazi dairəsində də bəzi problemlər 2018-ci həllini tapmışdır.Beləki, Yusifli kəndində 1500 metr məsafə kol-kosdan təmizlənmiş abadlıq işləri aparılmışdır.Lürən-Pircana kənd arası yol qrederlər hamarlanıb,çınqıl daşla cari təmir edilib.3 elektrik dirəyi dəyişdirilib,Məscidin həyətində təmizlənmə işləri aparılıb.
Ərazi nümayəndəliyi ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə işini qurmuşdur. Bu gün vətəndaşların vergilərini ödəmələri istiqamətində maarifləndirmə işlərini aparır və bələdiyyəyə bu işdə yaxından köməklik göstərirlər.Vergilərdən əldə edilən gəlirin kəndin infrastrukturunun yaxşılaşdırlmasına xidmət göstərdiyini,kəndin inkişafına bilavasitə təsir etdiyini qeyd etmişdir.Kənd arası və məhəllə arası xəndəklər dərinləşdirilmiş və təmizlənmişdir.Ənənəvi təşkil olunan iməcliklər bu il də davam etdirildi.kəndin girişindən mərkəzi küçələrinə qədər yol kənarı ağaclar budanmış,1 metr hündürlüyündə əhənglənmişdir.Təmiz kənd devizi adı altında abadlıq işləri görülmüşdür.Kənd sakinləri də öz növbəsində ərazi nümayəndəliyi və bələdiyyəyə köməklik göstərdilər.Sakinlər öz həyətyanı torpaq sahələrinin ətrafını zibil və tullantılardan təmizləmişlər.
Bu gün Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Kənd təsərrüfatı iqtisadiyyatın davamlı, dayanıqlı inkişafının əsas, çox mühüm şərtidir və eyni zamanda, sistem yaradan və formalaşdıran bir sahədir. Kənd təsərrüfatı iki mühüm sütun üzərində inkişaf edir heyvandarlıq və bitkiçilik.İnzibati ərazi dairəsində hər iki istiqamət üzrə fəaliyyət göstərilir.Lakin son iki il ərzində bitkiçilik sahəsində olduqca böyük dirçəliş mövcuddur.Bu da ölkə Prezidentinin qeyri neft sektorunun inkişafı üçün yaratdığı şəffaf şəraitdən irəli gəlir. Bitkiçilik və heyvandarlıq kimi kənd təsərrüfatı ilə məşğul olan sahibkar dövlət dəstəyini görərək məşğulluq sahəsini daha da genişləndirməyə maraqlıdır.Ölkə Prezidentinin sərəncamı ilə əkilən mövsümü və çox illik əkmələrə subsidiyaların verilməsi rayonumuzda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.
2017-2018 təsərrüfat ilində ərazi üzrə 130 ha yaxın şum vurulmuş, payızlıq və yazlıq əkinlər ümumilikdə 130 ha təşkil etmişdir. O cümlədən, 63,14 ha sahədə buğda, 5 ha arpa, 15 ha vələmir,0,40 ha bostan bitkiləri,15 ha noxud,1,5 ha lərgə, 1 ha mərci və 1,74 ha çiyələk, 17,40 ha sahəni isə digər bitkilər əkilmişdir.
2019-ci ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 121 ha sahədə şum vurulmuşdur.
2018-ci ildə region üçün ənənəvi olan kənd təsərrüfatı bitkilərindən 0,8 ha yaxın çəltiy əkilmişdir.Bundan 30 sentiner məhsul götürülmüşdür.
Kənd təsərrüfatı bitkiləri içərsində öz rentabeliyi ilə fərqlənən tütün bitkisinində 2018-ci ildə əkin sahəsi 0,50 ha olmuşdur.Hal hazırda 800 kq quru tütün təhvil verilmişdir.
Ərazi üzrə 20 qram “qarapaçax” növ barama olmaqla ümumilikdə 40 kq barama istehsal olunmuşdur. Barama istehsalçılarına “Azər-İpək” ASC tərəfindən 160,00 manat vəsait ödənilmiş, dövlət tərəfindən isə 200,00 manat subsidiya verilmişdir. Baramaçılığın inkişafı ilə bağlı bütün yaşayış məntəqələrində mövcud olan tut bağlarının qeydiyyatı aparılmış və ağacların növbəti mövsümdə bol yarpaq verməsi üçün budama işlərinin aparılmışdır. Göstərilən nəticələr bir daha göstərir ki,əkinçilik ənənələri ildən ilə daha da artacaq və əkilməyən torpaq sahələri qalmayacaqdır.Qeyd etdiyimiz kimi əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.Əhalinin xüsusi mülkiyyətində 716 baş iri buynuzlu,628 baş xırda buynuzlu mal-qara vardır. Təqribi hesablamalara görə gündəlik ərazidə 700-1000 litr süd istehsal olunmaqla süd emalı zavodlarına satılır.
Son illərdə ərazidə azyaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötrü bir sıra tədbirlər həyata keçirilmişdir.Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki,2018-cı ildə erkən nikah halları baş verməmişdir. Lakin buna baxmayaraq,bu istiqamətdə maarifləndirici söhbət və məlumatlarımız ərazi nümayəndəliyi işçiləri ,bələdiyyə tərkibi,məktəb kollektivi, kənd ziyalıları,ağsaqqal və ağbirçəklər tərəfindən mütəmadi olaraq aparılır.İnanırıq ki,gələcək nəsillər arasında belə hallar baş verməyəcəkdir.
2018-ci ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki,ərazimizdə zəbt olunmuş torpaqlar və payı bəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür.Ötən il qanunsuz tikili hallarına yol verilməmişdir.Əvvəlki illərdə aparılmş qanunsuz tikililər barədə məlumat rayon İcra hakimiyyətinə və Əmlak komitəsinə məlumat verilmişdir.
Təhsilin inkişafı hər bir cəmiyyətin əsas istiqamətini təşkil edir.”Təhsil Qanunu”n-dan irəli gələn vəzifələrin yerinə yetirilməsi nümayəndəlik tərəfindən daim nəzarətdə saxlanılır.
Ərazimizdə bir tam orta məktəb fəaliyyət göstərir.Şəhid Faiq Şükürovun adını daşıyan Lürən tam orta məktəbində 239 şagirdin təlim tərbiyəsi ilə 25 müəllim məşğul olur. 2018-ci ildə 8 şagird 11-ci sinfi bitirmiş,onlardan 1 məzunumuz ali məktəbə qəbul olunmuşdur.Məktəb şagirdlərinin pulsuz dərsliklərlə təchiz olunması möhtərəm prezidentimiz cənab İlham Əliyevin təhsilə qayğısının təzahürüdür.Şagirdlərimiz vətənə məhəbbət,millətimizə sədaqət ruhunda tərbiyə olunur.
Ərazimizdə bir feldşer-mama məntəqəsi vətəndaşlara xidmət göstərir. məntəqədə 1 həkim və 1 tibb bacısı işləyir.Həkim məntəqəsində çalışan həkim və tibb bacısı vaxtında xəstələri qeydiyyat alır,ptofilaktik işlər görür,peyvəndər vurulur.Yeni inşa olunan məntəqə yaxın günlərdə istifadəyə veriləcəkdir.
Hər il rayonumuzda keçirilən qanvermə aksiyasında Lürən ərazi nümayəndəliyi də fəal iştirak edir. Qana ehtiyacı olan xəstələrə yardım etmək hər birimizin vətəndaşlıq borcudur.
Nümayəndəliyin əsas vəzifələrindən biri də gənclərin həqiqi hərbi xidmətə çağırışının mütəşəkkil həyata keçirilməsidir.Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə,onların orduya çağırışına xüsusi diqqət edirik.2018-ci ildə ərazimiz hərbiyə çağırışda heç bir nöqsana yol verməmişdir.Gənclərimiz də böyük həvəslə Azərbaycan ordusunda xidmətə gedirlər.2018-ci ildə həqiqi hərbi xidmətə 7 nəfər çağırılmış və onların hərbi xidmətə yola salınmaları tam təmin edilmişdir.
Lürən kənd inzibati ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Ailə Məcəlləsi”nə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılmışdır.2018-cı ildə nümayəndəlikdə 3 nikah,18 doğum,11 ölüm faktı qeydiyyata alınmışdır.Verilən doğum,ölüm şəhadətnamələrinin bəzilərində müddət ötürülməsinə yol verilmişdir ki,bu da doğum və ölüm haqqında verilən tibbi arayışın vətəndaşlar tərəfindən nümayəndəliyə vaxtında verilmədiyi ilə bağlı olmuşdur.Nümayəndəlik tərəfindən milli genefonumuzun qorunmasından ötrü ailə quran gənclərin tibbi müayinədən keçməsi üçün əhali arasında geniş maarifləndirmə işləri aparılır.Əfsuslar olsun ki,bəzi vətəndaşlar istər qız,istər oğlan tərəfi övladlarının tibbi müayinədən keçmədən nişanlanmasına qərar verirlər.Bu da gələcəkdə baş verə biləcək ailə və uşaq problemlərinin yaranmasına zəmin yaratmış olur.
Ərazi nümayəndəliyi tərəfindən ərazidə gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi tədbirlər keçirilmişdir. Ərazi üzrə futbol, voleybol, dama yarışları keçirilmişdir.
Həmişə olduğu kimi ərazimizdə elektrik enerjisi və mavi yanacağın istifadəsinə görə ödənişlər vaxtında və tam aparılır. Ərazidə 300 qaz aboneti və 321 nəfər elektrik enerjisi abunəçisi var. Enerji haqları sayğacların göstəriciləri əsasında yığılır, lakin elektrik naqilləri və dirəklərin köhnəlməsi səbəbindən elektrik enerjisinin verilməsində bəzən fasilələr yaranır.
Bu gün rabitə xidməti hər birimizin həyatında mühüm rol oynayır. Ərazidə hal-hazırda 95 abonentin evində internet xətti çəkilmiş və abonentlər bundan səmərəli istifadə edə bilmirlər.Buna səbəbdə ərazidə EATS-in olmamasıdır.Xahiş edirik bu məsələnin həllındə bizlərə köməklik göstərilməsindən ötrü aıdiyyatı təşkilatlar qarşısında məsələ qaldırasınız. Ərazidə poçt xidməti öz işini günün tələbləri səviyyəsində qurmuş və əhaliyə yüksək səviyyədə xidmət göstərir.
Ərazidə şəhid, az təminatlı ailələrə, əlillərə və veteranlara qayğı heç vaxt unudulmur. Kəndimizdə 2 şəhid, 1 Qarabağ müharibəsi əlili ,1 Çernobol əlili, 1 Əfqanıstan müharibəsi iştirakçısı ailəsi yaşayır. Həmişə onlara lazımı köməklik, xüsusi diqqət və qayğı göstərilir.Belə ki, həmən ailələrə, imkansızlara rayon İHB-ı cənab R.Hüseynov , ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında bayram sovqatları və yardımlar olunur , bundan sonrada olunacaqdır.
2018-ci ildə gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur.Ərazidə abadlıq işləri,yolların cari təmir olunması, kənddə yeni EATS binasının tikilməsi və yararsız rabitə dirəklərinin dəyişdirilməsi,ərazidə elektrik xətlərinin və dirəklərinin,təmir edilməsi və dəyişdirilməsi, kəndin mərkəzi yolunun gecə işıqlandırma sistemi ilə təmin olunması,kənd ara yolların təmir edilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir.