Şriftin ölçüsü :

Saytın rəngi :

Kənddə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılır

25 yanvar 2019 | 16:00

Çaxırlı ərazisi rayonda böyük heyvandarlıq təsərrüfatlarındandır. Masallı rayonunun Çaxırlı ərazisi nümayəndəliyindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi xəbərdə bildirilir ki, hazırda şəxsi və fermer təsərrüfatlarında 2046 baş iribuynuzlu, 3644 baş qoyun-quzu mövcuddur. Ötən il heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilmişdir.

35 təsərrüfatda inəklər süni mayalandırılmış, yaxşı nəticə əldə olunmuşdur. Bu zoobaytar tədbir cari ildə də davam etdiriləcəkdir.

Keçidlər