Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın inkişafına diqqət

26 yanvar 2019 | 16:00

Masallı rayonunun Qarğalıq ərazisi nümayəndəliyindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi xəbərdə bildirilir ki, kənddə baramaçılığın inkişafına diqqət və maraq ilbəil artır. Keçən mövsümdə qəbul məntəqəsinə barama təhvil verən kümçülər bu il də nəticələri yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirirlər. Bu məqsədlə ərazidə mövcud olan 1,5 hektar tut bağında bərpa işləri aparılır. Ağaclar budanır, ətrafı şumlanıb hamarlanır. Bağların seyrək yerlərində 1000 ədəd tut tingi əkilmişdir. Bundan başqa, barama qurdlarının zootexniki qaydada bəsləmək üçün əlavə otaqlar hazırlanır. Bu il 80 qram barama toxumu yetişdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər