Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər unudulmur

29 yanvar 2019 | 16:00

   29 yanvar 2019-cu il tarixdə Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində “Şəhidlər unudulmur” başlığı altında tədbir keçirilib. Tədbiri açan Muzeyin direktoru Əntiqə Tağıyeva1990-cı ilin qanlı 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə xalqımızın yüzlərlə igid övladının uca şəhidlik zirvəsinə yüksəldiyini bildirdi. Sonra rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və “Şəhid Ailələri” İctimai Birliyi Masallı rayon şöbəsinin sədri Nahid Rəhimov, DQİDK Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov və başqaları çıxış edərək müqəddəs amallar uğrunda çarpışan, vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən oğullarımızın bu uca zirvəyə yüksəldiyini və ölümləri ilə əbədilik qazandıqlarını söylədilər. Tədbirdə çıxış edənlər şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olduğunu qeyd edərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi son fərmanın bu diqqətin bariz nümunəsi kimi göstərdilər.

Sonda tədbir iştirakçıları muzeydə yaradılmış şəhidlər guşəsi ilə yaxından tanış olaraq xatirə şəkli çəkdirdilər.

Keçidlər