Şriftin ölçüsü :

Saytın rəngi :

“Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda

04 fevral 2019 | 16:00

04 fevral 2019-cu il tarixdə Masallı Regional “ASAN həyat” kompleksindəki Kinoklubda Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının növbəti mərhələsində gənc rejissorlarla görüş keçirilib, onların filmlərinin nümayişi olub.

Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə reallaşıb.

Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişləri keçirilir.

Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova, gənc rejissor Murad Quliyev bir neçə ildir ki, “ASAN Xidmət”lə birgə reallaşdırılan festivalın əhəmiyyətindən, istedadlı gənclərin festival və müsabiqələrdə iştirakının dövlət tərəfindən dəstəkləndiyindəndanışıblar.

Daha sonra Kinoklubda gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədovun “Debüt” studiyasında istehsal olunan “Yol ayrıcında qalmış taksı” və “Onun atası” adlı qısametrajlı filmləri nümayiş edilib.
Film haqqında müzakirələrlə davam edən tədbir maraqlı diskussiya şəraitində keçib.

Keçidlər