Şriftin ölçüsü :

Saytın rəngi :

TƏKDAM KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

13 fevral 2019 | 16:00

13 fevral 2019-cu il tarixdə Masallı rayonunun Həsənli ərazisində Təkdam kənd ümumi orta məktəbi üçün tikilmiş modul tipli məktəb binasının açılışı mərasimi olmuşdur. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etmişdir ki, yeni məktəb tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq.

Kənd ağsaqqalı Kamil Hüseynov və məktəbin kitabxanaçısı Nazilə Məmmədova həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Çıxış edənlər onu da bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində toplaşanları salamlayıb diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm!
Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə xüsusi diqqət var. Son illərdə Masallıda  50 məktəb tikilib və ya əsaslı təmir olunub. Bu da Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə təhsilinə, o cümlədən Masallıya olan qayğısından irəli gəlir. Təkdamda da layihənin həyata keçirilməsi sevindirci haldır. Bundan əvvəl də rayonun bir neçə kəndində belə tədbirin reallaşğını açıqlayan sözçü hamının adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və layihənin icraçıları olan inşaatçılara minnətdarlıq ünvanladı.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Sinif otaqlarına baxış keçirildi.
80 yerlik Xallıcalı kənd ümumi orta məktəbində 74 şagird təhsil alacaq. Məktəbdə 9 sinif otağı, direktor və müəllimlər otağı mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunmuşdur.

Keçidlər