Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd edilib

15 fevral 2019 | 16:00

15 fevral 2019-cu il tarixdə Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri — Səfəralı Məmmədovun anım günü qeyd olunub.

Azərbaycanın 11 ilk Milli Qəhrəmanlarından olan Səfəralı Qurban oğlu Məmmədovun anım günü böyüyüb boya-başa çatdığı Masallının Sərçuvar kəndində , adını daşıdığı məktəbdə keçirilib .
Tədbirdə Masallı Rayon İcra hakimiyyətinin, rayon təhsil şöbəsinin, SHXÇDX-nin rayon şöbəsinin məsul işçiləri, kənd sakinləri, müəllim və məktəblilər, Milli Qəhrəmanın qohumları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məktəbin həyətində , Milli Qəhrəmanın abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Dövlət himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, dualar oxunub.
Tədbirdə çıxış edən Masallı R ayon İ cra H akimyyətinin Başçısının müavini Aybəniz Qafarova , Sərçuvar kənd tam orta məktəbinin direktoru Za y id Məmmədov, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Zaman Abdullayev, Kamal Məmmədov, aktyor Cəmaləddin Əliyev və başqaları qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ savaşındakı şücaətindən danışıblar ,  Səfəralı kimi igid oğullarımızın gənclərə örnək olduğunu diqqətə çatdırıblar.
Göstərilib ki, şəhid Səfəralı Məmmədov 1990 - cı illərdə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992 - ci ilin fevral ayının 16 - da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfəralı Məmmədov aldığı xəsarətlərdən , 29 yaşında  dünyasını dəyişib.
Milli Qəhrəman Səfəralı Məmmədov doğ ma Sərçuvar kəndində dəfn olun ub . Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə Səfalı Məmmədovun adı veril ib , məktəbin həyətində onun büstü qoyul ub, q əhrəmana həsr olun muş “Qəhrəman polis” a dlı film çək ilib.
Mərasimdə çıxış edən Milli Qəhrəmanın anası Şahdəstə Məmmədova ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də rayon rəhbərinə  minnətdarlığını bildirib. Milli Qəhrəmanın qardaşı qızı Zəminə, 7 yaşlı  Sübhanə Abdullazadə və digər məktəblilər qəhrəmanlarımızı vəsf edən şeirlər səslən dir ib, Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında “Ölümümə inanma, ana!” ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər