MASALLIDA SAHİBKARLARLA GÖRÜŞ
15 noyabr 2013-cü il tarixdə Masallı şəhəri Ərkivan qəsəbəsində Lənkəran iqtisadi rayonu üzrə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Masallı rayonu İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq tədbir iştirakçılarını salamlamış və tədbirin məqsədi barədə geniş çıxış etmişdir.
Tədbirdə iştirak edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, İqtisadiyyat və Sənaye Nazirliyinin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli krediti ayrılmış Masallı şəhərində illik istehsal gücü 5.2 min dəst olan mebel istehsalı müəssisəsinin, 3 ha ərazidə yaradılmış, illik istehsal gücü 0.7 min ton faraş tərəvəz məhsulları olan istixana təsərrüfatının fəaliyyətinə və 2 ha ərazidə yaradılmaqda olan (illik istehsal gücü 0.8 min ton faraş tərəvəz məhsulları) istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış, güzəştli kreditlərin verilməsi mexanizminə, kreditin alınması üçün tələb olunan sənədlərə, elektron qeydiyyat sistemi və onun üstünlüklərinə dair treninq, kiçik və ya orta həcmli çörək istehsalı və meyvə-tərəvəz emalı müəssisələrinin, kiçik cins heyvandarlıq təsərrüfatlarının və tikinti materiallarının (metlax) istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı, Lənkəran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi məsələləri barədə geniş nitq söyləmişlər.
Tədbirin sonunda Masallı rayonu İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bu cür tədbirlərin Masallıda keçirilməsini məqsədəmüvafiq hesab etdiyini vurğulayaraq belə tədbirlərin mütəmadi keçirilməsinin vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.