Masallının yeddi yaşayış məntəqəsində subartezian quyuları qazılacaq
Son illər ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq məqsədilə bir sıra su təsərrüfatı obyektləri tikilib istifadəyə verilib, on minlərlə hektar yeni suvarılan sahələr əkin dövriyyəsinə daxil edilib, suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb.
“Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən cari ildə ölkənin 41 rayon və şəhəri üzrə 254 yaşayış məntəqəsində 300 subartezian quyusunun layihələndirilməsi və qazılması təmin ediləcək.
Sərəncama əsasən, Masallı rayonunun da yeddi yaşayış məntəqəsində - Həsənli, Səmidxanlı, Öncəqala, Lürən, Şərəfə, Böyük Kolatan kəndlərində, Ərkivan qəsəbəsində hər ərazidə bir ədəd olmaqla subartezian quyularının qazılması nəzərdə tutulur.
Bağır Əliyev - azertag.az