Şriftin ölçüsü :

Saytın rəngi :

Yol polisi Masallıda maarifləndirmə işləri aparır

19 fevral 2019 | 16:00

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımı vətəndaşlar arasında maarifləndirmə işləri aparır. Masallı şəhərində sakinlərlə baş tutan görüşdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək vətəndaşları yol polisinin göstərişlərinə əməl etməyə çağırıb.

Yol Patrul Xidməti Alayının 11-ci tağımının kamandiri, polis mayoru Hikmət Qafarov yollarda təhlükəsizliyin təmini üçün maarifləndirici işlərin əhəmiyyətindən danışaraq bildirib ki, 2018-ci ildə Respublika ərazisində 1800 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 722 nəfər dünyasını dəyişib, 1711 nəfər isə yaralanıb. Baş vermiş qəzalarda 7 yaşa qədər uşaqlardan 13 nəfər ölüb, 43 nəfər yaranıb.
100-ə yaxın sakinin iştirak etdiyi tədbirdə xüsusi vurğulanıb ki, yollarda mal qaranın nəzarətsiz buraxılması qəzalara səbəb olurdu aparılan tədbirlər nəticəsində qəzaların sayı azalıb.
Bu cür maarifləndirmə işlərinin davam etdiriləcəyi qeyd olunub.

Keçidlər