Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda məskunlaşmış Xocalı sakinləri ilə görüş

25 fevral 2019 | 16:00

25 fevral 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətində faciənin 27-ci  ildönümü ərəfəsində Xocalı şəhərindən köçkün düşən ailənin nümayəndələri ilə görüş keçirilmişdir.

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Masall rayonunda da geniş şəkildə qeyd olunur. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ixtisas məktəblərində faciə ilə  bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunub keçirilir. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız olan ermənilərin və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə, məktəblilərə çatdırılır.
Xocalılarla ənənəvi görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov fəaliyyəti dövründə hər il Ərkivanda, uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri ilə qəsəbəyə görüşə getdiyini və onların sosial problemləri ilə yaxından tanış olduğunu bildirib.  Rayon rəhbəri qeyd edib ki, Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu söyləyib. O, Prezident cənab İlham Əliyevin Xocalı faciəsinin anılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı son fərmanlarını diqqətə çatdırıb və bu qayğının ildən-ilə artırıldığını deyib .Masallı rayon rəhbəri, həmçinin son illərdə torpaqlarımızın geri qaytarılması istiqamətində dövlətimizin apardığı siyasət, 2016-cı ilin aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpası haqqında danışıb.
R. Hüseynov bildirmişdir ki, Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev  Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında  Sərəncam imzalamışdır. Bu Sərəncamın icrası ilə bağlı Masallı rayonunda silsilə tədbirlər hazırlanıb həyata keçirilir.
Görüşdə çıxış edən Ərkivanın uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri – Yusif Məhəmməd olu Quliyev və onun həyat yoldaşı Kamilə Aydın qızı Quliyeva, övladları Vüsal Yusif oğlu Quliyev və qızı Vüsalə Yusif qızı Quliyeva və Emin Loğman oğlu Məmmədov ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər. Artıq ölkə rəhbəri bu qayıdışı Cəbrayıl rayonunun Cocuq Mərcanlıdan başladıb.
Xocalı məskunları Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova dərin təşəşkkürünü bildirmişlər. Onlar qeyd etmişlər ki, rayonun rəhbəri bizi heç vədə unutmur. Həmişə diqqət mərkəzində və qayğısı əhatəsindəyik.
Qeyd edək ki,görüşdə rayonun ayrı-ayrı idarə və müəssisə rəhbərləri də iştirak etmişlər.

Keçidlər