Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda uşaqların güvənc yeri

05 fevral 2019 | 16:00

Azərbaycan Respublikası Əmək və Sosial Müdafəsi Nazirliyi "Vətəndaşların sosial rifahı naminə" İctimai Birliyi Masallıdakı "Günərzi" qayğı mərkəzi ötən ilin noyabrında təşkil olunub. Şəhərin Dadva küçəsində fəaliyyəıt göstərən mərkəzdə bu xeyirxah layihəyə əsasən aztəminatlı və ata-anadan məhrum olmuş uşaqlara qayğı göstərlilir. Hazırda 30 uşağın tərbiyəsi və qayğısı ilə 7 nəfər məşğul olur. Hər gün saat 8-də mərkəzə gələn balaca fidanlara burada gün ərzində 2 dəfə isti yeməklər, çay süfrəsi arxasında növbənöv şirniyyatlar, habelə çay, meyvə və kompot verilir.

Mərkəzin rəhbəri Aybəniz Həsənova pedaqoji təhsillidir. Uşaqlarla 3 müəllim, psixoloq və musiqi müəllimi də məşğul olur. Balaca fidanlar burada yazmağı, oxumağı öyrənir, Vətən, ölkə, Ana, Xocalı haqqında nəğmələr oxuyurlar. Uşaqların müxtəlif oyuncaqlarla əylənməsi üçün xüsusu yer ayrılıb. Yataq otağında təmiz, müasir çarpayılar qoyulub. Burada gigyena qaydalarına ciddi əməl olunur.

Keçidlər