Masallıda Kyokushin karate idman növü üzrə açıq rayon birinciliyi
24-25 fevral 2019-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin 26 fevral Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Kyokushin karate idman növü üzrə açıq rayon birinciliyinin keçirilmişdir.
Tədbirin açılış mərasiminda Masallı rayon Gənclər və İdman İdarəsinin rəis Camal Manafov Xocalı faciəsi ilə bağlı məlumat verib, Azərbaycanın şanlı tarixində qanlı hərflərlə yazılan Xocalı soyqırımının yaddaşlarda silinməz izlər buraxdığını bildirib. Qeyd edib ki, qədirbilən xalqımız soyqırım qurbanlarının xatirəsini əziz tutur, onları hörmətlə yad edir. Hər il faciənin ildönümündə keçirilən müxtəlif tədbirlərdə erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qətliamın baş vermə səbəbləri, təfərrüatları bir daha yada salınır. Sonda bir daha idmançılara uğurlar arzulamışdır.
Tədbirdə Masallı rayon Təhsil şöbnəsinin müdiri Tariyel Əkbərov, Masallı Mətbuat yayım şırkətinin müdiri Əbülfəz Nuriyev idmançılara uğurlar arzulayaraq daima Azərbaycan Respublikasının üç rəngli bayrağını ən uca zirvələrdə tutmağı arzuladılar
10 çəki dərəcəsində 80 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar