Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə harda Nə zaman” İntellektual bilik yarışı

21 noyabr 2013 | 16:00

19-20 Noyabr 2013-cü il tarixlərdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı rayon Təhsil şöbəsinin dəstəyi ilə 14-29 yaşlı yeniyetmə gənclər arasında “Nə harda Nə zaman” intellektual bilik yarışı üzrə Rayon  turniri keçirilmişdir.

     Yeniyetmə və gənclərin intellektual səviyyəsinin, dünyagörüşünü ,zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmi nüfuzunu artırmaq, eləcə də asudə  vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açmış , “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının müvafiq bəndləri üzrə qarşıda duran vəzifələr və ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq iştirakçılara uğurlar diləmişdir.

      Gərgin və maraqlı  keçən  bilik yarışmasında 30 məktəb komandasından  180 nəfərin  iştirak etdiyi oyunda I yerə, Bala Kolatan tam orta məktəbin komandası,   II  yerə, Banbaşı kənd tam orta məktəbin komandası , III yerə Qəriblər kənd tam orta məktəbin  komandası  layiq görülmüşdür. Fəallığına  görə isə  Kalinovka kənd tam orta məktəbin komandası diplomla təltif edilmişdir.

         Rayon  turnirində  qalib gəlmiş  bütün  komanda   üzvləri     Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplom, medal və qiymətli hədiyyələrlə  təltif olunmuşlar.

Keçidlər