Şriftin ölçüsü :

Saytın rəngi :

ŞIXLAR ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL

06 mart 2019 | 16:00

06 mart 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Şıxlar kəndində keçirilib.
Şıxlar ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38  faiz artırmaq mümkün olub.
Kənd sakinlərindən Əziz Hüseynov, Atamalı Səmədov, Hakim Nəbiyev, İmamverdi Mayılov, Bayramağa Məcidov, Allahverdi Səmədov, Şəhrad Nağıyev, Süleyman Əmənov və başqaları  çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıqlarını bildirib, onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon rəhbərinə müraciət ediblər.
Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Keçidlər