Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin beşinci cildinin təqdimatı olmuşdur

21 noyabr 2013 | 16:00

Noyabrın 20-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatının çapdan çıxmış 5-ci cildinin təqdimatı olmuşdur.

Tədbir iştirakçıları əvvəlcə ümmulli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Azərbaycan Dövlət Televiziyasının istehsalı olan “Elmira” sənədli filminə tamaşa etmişlər.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə layiqli töhfə olduğunu vurğulayaraq çoxcildlik roman-tədqiqatın 1-4-cü cildlərinin də təqdimatının Masallıda keçirildiyini diqqətə çatdırmışdır.

S. Əliyev Masallı rayonunun çoxsaylı oxucuları adından Elmira Axundovanı əlamətdar hadisə münasibətilə təbrik etmişdir.

Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi Musarza Mirzəyev “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildlik roman-tədqiqatın 2013-cü ildə çapdan çıxmış 5-ci cildi haqqında məruzə etmişdir.

Qeyd olunmuşdur ki, Heydər Əliyevin mənalı və zəngin ömür yolu böyük məktəbdir. 726 səhifədən ibarət olan kitabın 5-ci cildində ulu öndərin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətini əks etdirir. Kitabda böyük rəhbərin həyat və fəaliyyəti ilə bağlı maraqlı epizodlar verilmiş, blokadaya alınmış Naxçıvandakı vəziyyət real hadisələr fonunda oxuculara çatdırılmışdır.

Bildirilmişdir ki, Elmira Axundovanın gərgin əməyinin nəticəsi olaraq ərsəyə gələn bu əsərdə ümummilli lider Heydər Əliyevin fenomenal şəxsiyyəti, onun zəngin və çoxşaxəli həyat və fəaliyyəti ilə bağlı olduqca maraqlı məlumatlar yer almışdır.

Diqqətə çatdırılmışdır ki, yeni cilddə Masallı rayonunun tanınmış ziyalısı Şirvan Əbilovun Heydər Əliyevlə görüşü barədə də məlumat verilmişdir.

Toplantıda çıxış edən Prezident təqaüdçsü Şirvan Əbilov Elmira Axundovanın bu əsərinin həm indiki, həm də gələcək nəsillərin  ömrünü öz xalqının tərəqqisi və inkişafına həsr etmiş, yorulmadan Azərbaycanın xoş gələcəyi naminə çalışmış ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini yaxından öyrənmələri baxımından zəngin mənbə olduğunu vurğulayaraq ulu öndərlə bağlı xatirələrindən, onunla keçirdiyi görüşlərdən danışmışdır.

Masallı rayonunun Təzə Alvadı uşaq bağçası və körpələr evinin müdiri Göycək Ələsgərova, şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi Sədəf Aqilzadə, ziyalı Ələşrəf Niftiyev kitabın bədii məziyyətlərindən danışmış, Elmira Axundovaya rayon əhalisinin ən xoş arzularını çatdırmışlar.

Milli Məclisin deputatı Nəriman Əliyev çıxışında bu ilin aprel ayında Bakı şəhərində kitabın 5-ci cildinin təqdimatı barədə ətraflı məlumat verərək 10 illik gərgin əməyin bəhrəsi olan raman-tədqiqatın müəllifi Elmara Axundovanın yaracılıq əzmkarlığını yüksək qiymətləndirmişdir.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Elmira Axundovanı rayon əhalisi adından 60 illik yubileyi və roman-təqdiqatın 5-ci cildinin çapdan çıxması münasibətilə təbrik edərək kitabı tarixi əsər adlandırmışdır.

Heydər Əliyev irsinin tükənməz bir xəzinə olduğunu vurğulayan Rafil Hüseynov bu xəzinədən hamının bəhrələnə bildiyini diqqətə çatdırmışdır.

"Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin müəllifi Elmira Axundova əsərin ərsəyə gəlməsində ona kömək edənlərə təşəkkürünü bildirərək qeyd etmişdir ki, 10 ilə yaxındır ki, roman üzərində işləyir. Romanın artıq rus dilində 7 cildi çapdan çıxmışdır.

Kitabın 5-ci cildi çox qısa bir vaxt kəsiyini əhatə edir-1990-1993-cü illləri. Lakin, məzmun və həcmcə çox böyük bir kitabdır.

Bu dövr Heydər Əliyevin həyatının dramatik, ən çətin bir dövr idi. Eyni zamanda Azərbaycanın və Naxçıvanın ən çətin bir dövrü idi. Bu dövrdə həm Azərbaycanda, həm SSR-i məkanın çox böyük bir hadisələr baş verirdi.  

Müəllif demişdir: “Kitabda çox eksklüziv materiallar vardır. Burada 100-ə yaxın insan danışmışdır. Mən onlarla şəxsən özüm görüşmüşəm-Heydər Əliyevlə işləmiş və ona doğma olan, Heydər Əliyevlə birgə o vaxt mübarizə aparan insanlarla.

Bu il YAP-ın yaranmasının 21-ci ildönümünü qeyd edirik. Kitabda bütün bu maraqlı məqamlar da əksini tapmışdır. Artıq kitabın 7-ci cildinin də tərcüməsi hazırdır”.  

Kitabın müəllifi qeyd etmişdir ki, artıq romanın beynəlxalq aləmdə də yayılması prosesi başlamışdır. Əsər rus dilində 7 cilddir, Azərbaycan dilində də 7 cild olacaq. Hazırda başqa bi 3 cildlik üzərində işləyirəm. Bu 3 cild bütün dünyada  yayılacaqdır.

Gələcəkdə “Heydər Əliyev və onun yaxın əhatəsi” və “Heydər Əliyev kadr arxasında” kitabı yazmagı planlaşdırmışam.

Kitabın ərsəyə gəlməsində masalıların böyük əməyi olduğunu vurğulayan Elmira Axondova yaradıcılığının sonrakı illərini də ümummilli lider Heydər Əliyevin mənalı ömür yoluna həsr edəcəyini bildirmişdir.

Rayonun misiqiçiləri ulu öndər Heydər Əliyevin sevdiyi və ona həsr olunmuş mahnıları ifa etmişlər.

Keçidlər