Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda bir qrup gənc Vətən uğrunda canından keçmiş şəhid ailəsini yad ediblər

19 mart 2019 | 16:00

19 mart 2019-cu il tarixdə Masallı rayonunda bir qrup gənc Vətən uğrunda canından keçmiş, Viləş kəndi ərazisindən Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin ailəsini yad ediblər.

Gənclər şəhid Nurlan Əsgərlinin ailəsi ilə həmsöhbət olub, onlara bayram sovqatı təqdim etmişlər.
Könüllü gənclər aprel döyüşlərində şəhid olmuş Nurlan Əsgərlinin  ailəsi ilə görüşdükdən sonra onun ev muzeyi ilə tanış olmuş və Viləş kəndindəki məzarını ziyarət etmişlər.
Görüş zamanı çəhid anasının sözlərinə görə, hələ də övladının yoxluğuna alışa bilmir. Onun yeganə arzusu isə tezliklə torpaqlarımızın azad olunmasıdır.
Şəhid ailəsini qürurlandıran başqa bir məqam isə bayram günlərində onların unudulmamasıdır.
Bir qrup gənc bayram ərəfəsində şəhid ailələrinin qapılarını döyərək, onlara Novruz sovqatı verib, bayramlarını təbrik ediblər. Bu nəcib addımın təşəbbüskarı da elə şəhid övladıdır - Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Orucludur.

Sonra Aprel döyüşləri şəhidi Firdovsi Bağırzadənin ailəsini yad ediblər.
Gənclər şəhid Firdovsi Bağırzadənin ailəsi ilə həmsöhbət olub, onlara bayram sovqatı təqdim etmişlər.
Könüllü gənclər aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin ailəsi ilə görüşdükdən sonra onun ev muzeyi ilə tanış olmuş və Güllütəpə kəndindəki məzarını ziyarət etmişlər.

Keçidlər