Şriftin ölçüsü :

Saytın rəngi :

Şimal bölgəsinə yola düşəcək Masallı məktəbliləri ilə görüş

22 mart 2019 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Masallı rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxacaqlar.Bu münasibətlə onlarla görüş keçirilib.

22 mart 2019-cu il tarixdə səhər saatlarında şagirdlər ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə görüşə toplaşıblar.
Rayon ictimaiyyəti nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdiyi görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov bildirib ki, tur-aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür. Cənab başçı gəncləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.
Görüşdə respublikamızda gənc nəslin təlim-tərbiyəsi istiqamətində görülən işlərdən də danışılıb.
Görüşdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tarıyel Əkbərov, Binə Xocavar kənd tam orta məktəbinin şagirdi Fəridə Quliyeva, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Əli Əsədov, valideyn Samirə Abdulhəsənova, "Masallı ziyalıları" İctimai Birliyinin sədri və "Tərəqqi" medallı Qardaş Fətullaiev çıxış edib Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
Görüşü yekun sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov yekunlaşdırdı.
Rayon rəhbəri məktəblilərə uğurlu yol arzuladı.
Axırda xatirə şəkli çəkildi.

Keçidlər