Şriftin ölçüsü :

Saytın rəngi :

Cənub regionunda əl işləri bacarıqları olan gənclər stimullaşdırılır

21 noyabr 2013 | 16:00

Məlum olduğu kimi 20 sentyabr 2013-cü il tarixindən fərdi şəxs qismində Babayev Vamiq Osman oğlu  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin fərdi əl işləri bacarıqlarının inkişafına dəstək” layihəsini icra edir. Layihənin icrası 2013-cü il noyabrın sonunadək davam edəcəkdir.
16 noyabr 2013-cü il tarixdən başlayaraq əl işləri bacarıqlarına malik 15 nəfərdən yuxarı 15-29 yaş arası gənclər üçün Masallı rayonunda 3 günlük təlim-təcrübə proqramı həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Vamiq Babayev iştirakçılara layihə haqqında ətraflı məlumatlar verərək layihənin əhəmiyyətindən danışdı. Tədbirdə iştirak edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Dövlət Gənclər Siyasətindən söz açaraq, gənclərə Dövlət qayğısından geniş şəkildə danışdı və hər bir gənci məşğul olduqları sahədə daha fəal olmağa çağırdı.
Təlim proqramı zamanı yaradılan imkanlardan istifadə edərək hər bir gənc hazırladığı əl işlərini nümayiş etdirmiş və bu sahədə qazandıqları uğurlardan danışmışlar. Təlim proqramı ərzində həmin gənclərə hazırladıqları əl işlərinin daha da tanıdılması, satışı, bu sahədə biznes planın hazırlanması və s. mövzularda təlimlər həyata keçirilmişdir.
Layihənin sonunda təlim-təcrübə proqramına cəlb olunan gənclərin əl işləri nümunələrindən ibarət bukletlər hazırlanaraq ictimaiyyətə paylanacaqdır.
Layihənin həyata keçirilməsində məqsəd gənclərin fərdi əl işləri bacarıqlarını inkişaf etdirməklə mədəni dəyərlərin təbliğində gənclərin rolunu artırmaq, eləcə də layihədən faydalanan gənclərin daimi məşğulluq problemlərinin həllinə dəstək verməkdir.

Keçidlər