Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Aprel döyüşlərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda dəyirmi masa

03 aprel 2019 | 16:00

03 aprel 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı , Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin və Masallı Dövlət Regional Kollecinin iştrakı ilə Gənclər Mərkəzində Aprel zəfərinin ildönümü ilə əlaqədar olaraq “Aprel döyüşlərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbirdə əvvəlcə aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək .Aprel döyüşləri ilə bağlı hazırlanmış vidioçarx nümaiş etdirildi

Sonra Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov iftixar hissi ilə qeyd edib ki, 2016-cı il tariximizə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil oldu.Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli dərsini vermiş, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilmiş, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçmiş və 23 ildən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatmışdır. Müdrik və qətiyyətli Ali Baş Komandanımızın da dəfələrlə qeyd etdiyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirmişdir. Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Prezindenti cənab İlham Əliyevin uzaqgörən diplomatıyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanının daimi diqqət və qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olduğunu bildirdi.

Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxış edərək bildirdi ki, Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular.

Tədbirdə Ehtiyyatda olan zabit , Qarabax qazisi Cəmaləddin Məmmədov çıxış edərək bildirdi ki, Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsi olduğunu vurğuladı.

Keçidlər