Masallıda “Fövqəlada hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu” çərçivəsində təbliğat xarakterli tədbir keçirilmişdir
20 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Masallı rayon Gənclər və İdman İdarəsi ilə birlikdə Gənclər Mərkəzində “Fövqəlada hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu” çərçivəsində təbliğat xarakterli tədbir keçirilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və bu mövzularda maarifləndirici tədbirlərin gələcəkdədə də geniş şəkildə keçirilməsini təqdirəlayiq olduğunu bildirdi.
Sonra tədbirdə “Evlərin və mənzillərin texnogen qəzalara hazırlanması”, “Kimyəvi zəhərlənmə təhlükəsi və əhalinin davranış qaydaları” mövzularında Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə halı baş verdikdə davranış formaları” mövzusunda həmin sektorun baş məsləhətçisi Qadir Kazımov, “112 zəng Mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” və “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” mövzularında Ərazi orqanları ilə iş şöbəsinin baş Zabiti d/x leytenantı Telman Ağayev, “Fövqəladə hadisələrə mənəvi-psixolji hazırlıq” mövzusunda Mülki Müdafiə şöbəsinin zabiti baş leytenant Elçin Mustafayev çıxış etmişlər.
60 nəfərdən artıq gəncin iştirak etdiyi tədbirdə “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı,ondan əvvəl və sonra özünü və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və vərəqələr tədbir iştirakçılarına paylanmış və göstərilən materiallarla bağlı suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.