Şriftin ölçüsü :

Saytın rəngi :

Masall şəhərinin inkişafına dair baş planı təsdiq edilib

05 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Masallı şəhərinin 2034-cü ilə qədərki dövrdə inkişafına dair baş planlarının təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarlar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Prezidentin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq imzalanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov həmçinin Şəmkir şəhərinin 2035-ci, Tovuz şəhərinin 2036-cı, Göygöl şəhərinin 2033-cü və Salyan şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair baş planlarının təsdiq edilməsi haqqında da qərarlar imzalayıb.

Keçidlər