Şriftin ölçüsü :

Saytın rəngi :

Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərlinin anım tədbiri

05 aprel 2019 | 16:00

05 aprel 2019-cu il tarixdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon təhsil şöbəsi və kənd ərazi nümayəndəliyinin təşkilatçılığı ilə Aprel şəhidi Nurlan Əsgərovun anım tədbiri keçirilib .

Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova, RİHB aparatının, təhsil şöbəsinin , SHXÇDX-nin məsul işçiləri, şəhid anaları, N.Əsgərlinin doğmaları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqal və ziyalılar, kənd sakinləri, müəllim və şagirdlər , KİV nümayəndələri iştirak edi blər .
Öncə Dövlət Himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
A nım tədbirini giriş sözü ilə məktəbin müəllimi Oqtay Həsənov açıb.
RİHB-nin Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov şəhidin qəhrəmanlıqla zəngin, qısa və şərəfli həyatına nəzər sal ıb:” 2014-cü ilin yanvarında hərbi xidmətə çağırılmış Nurlan Əsgərov 2016-cı il aprelin 4-də cəbhənin   Tərtər rayonundakı təmas xəttində gedən gərgin döyüş zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Əsgərovlar ailəsinin hər iki övladı hərbi xidməti başa vurandan sonra könüllü surətdə müddətdən artıq xidmət edib. Nurlan doğma qardaşı İntiqamla bir yerdə xidmət edirdi. Lələtəpə yüksəkliyinə üçrəngli zəfər bayrağını sancan Nurlan Bayram oğlunun adının əbədiləşdirilməsi məqsədilə kəndin mərkəzi küçəsinə şəhidin adı veril ib, barelyefi vurulub, adına bulaq salınıb...”
Milli Məclisin deputatı Elmira Axundova qeyd edib ki, Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkədə siyasi sabitlik yarandı, savaş səngidi, ordu quruculuğu inkişaf etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə yaxın zamanda qələbə sevinci yaşayacağımızı vurğulayan millət vəkili Aprel döyüşlərində oğullarımızın qanı bahasına azad edilən əzəli yurd yerlərimizi buna bariz nümunə kimi göstərib .
Respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açaraq bu mənada Masallı rayonunun seçilən bölgələrdən olduğunu nəzərə çatdıran RİHB-nin müavini Aybəniz Qafarova dövlətçiliyimiz, müstəqilliyimiz, Vətənimiz uğrunda canını qurban verənlərin, doğma xalqına sədaqət nümunəsi göstərənlərin heç vaxt unudulmayacağını bildirib .
RTŞ-nin müdir müavini Samit İslamov, Kalinovka kənd tam orta məktəbinin direktoru Hamil Qənbərov Nurlanın timsalında şəhidlərimizin cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək olduğunu vurğulayıblar.
QMİ Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşı Vüqar Əhmədov, veteran müəllim Əlisa Qədiyev gəncləri, məktəbliləri Nurlan kimi , eləcə də kəndin digər şəhidləri – Seyran Hacıyev, İmran İbrahimov, Füzuli Rzayev, Belim Yevgeniy, Zahir Bəyəliyev, İslam Abışov kimi vətənpərvər olmağa çağırıblar. 
Nurlanın sinif müəllimi Kamil Babayevin, səhid Seyran Hacıyevin qardaşı qızı Tutunun şəhid əsgər lər ə həsr etdikləri şeirlər hamını kövrəldib .
Şəhid in valideynləri Bayram və Ziba Əsgərovlar , həmçinin tədbirdə iştirak edən digər şəhid anaları –Bakının Sabunçu rayonundan şəhid Əlizaman İslamovun anası Hürinisə Kərimova, Zəngilanlı şəhid Rəşidin anası Çimnaz Baxşəliyeva, Ağdamlı şəhid Anarın anası Tərlan Əsgərova, Beyləqanlı şəhid Turalın anası Nəzakət Əhlimanlı ulu öndərin şəhidlərə verdiyi yüksək qiymətdən, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danış ıb lar. Şəhidlərin doğmaları tədbirin təşkilatçılarına minnətdarlıq bildir ib lər.
Məktəblilərin ifasında şəhidlərə , Vətənə, bayrağa ithaf olunmuş seirlər, musiqi parçaları səslənib.
Tədbir iştirakçıları və qonaqlar şəhidin məzarına gül dəstələri qoy ub lar, ruhlarına dualar oxun ub .
Sonra şəhidin evində ehsan verilib.

Keçidlər