Masallı rayonunda ağacəkmə aksiyası keçirilib
07 aprel 2019-cu il tarixdə Masallı rayonunda rayon icra hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə ağacəkmə aksiyası keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, təhsil, səhiyyə işçiləri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri, məktəblilər, tələbələr və s. iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində müsbət demoqrafik şərait bərqərar olub. Son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir.
Aksiya zamanı 2 hektar sahədə 2 min ədəıd sərv, şam, göyrüz bə başqa növ ağaclar əkilib.