Şriftin ölçüsü :

Saytın rəngi :

On milyonluq Azərbaycan

07 aprel 2019 | 16:00

Ölkəmizdə əhalinin sayının 10 milyon nəfərə çatması Masallıda sevinclə qeyd edilir. Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə 07 aprel 2019-cu il tarixdə şəhərimizin Heydər Əliyev Parkında bayram tədbiri keçirilib.

Bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, ictimaiyyəıt nümayəndələri, ağsaqqallar, təhsil, səhiyyə işçiləri, məktəblilər, tələbələr, KİV nümayəndələri və s. iştirak ediblər.
Bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov söyləyib ki, Azərbaycanın ən gözəl səhifələrindən biri açılır. Dünən Azərbaycanda dünyaya gələn 10 milyonuncu vətəndaş bu gündən ölkənin 11 milyonuncu vətəndaş kimi tanınır. Azərbaycan 10 milyonluq ölkəyə çevrildi. Bu münasibətlə ölkənin rəhbəri cənab Prezident İlham Əliyev və Birinci vitse -prezident Mehriban xanım Əliyeva körpənin valideynlərini və bütün Azərbaycanı təbrik elədi. Bu təbrik hamımızındır. Hamınızı təbrik edirəm. Qədəmləri uğurlu olsun. Azərbaycana qədəm qoyan və adı Mehriban olan Mehriban xanımımız bu dünyaya, onun Azərbaycanına xoş gəlibdir. Sizi 10 milyonluq Azərbaycan münasibətilə bir daha təbrik edirəm. Hamınıza xoş günlər, səadət arzulayıram!
Bakının və Masallının incəsənət ustaları Miriş Hüseynov, Atomoğlan Zahidov, Səidə Şərifəliyeva, Şamo İbayev və Ruslan Zahidovun oxuduqları şən mahnılar, Masallı rəqs qrupu, "Halay" folklor kollektivinin ifa etdikləri rəqslər hamıda xoş ovqat yaradıb.
Konsert bir neçə dəqiqəlik böyük atəşfəşanlıqla başa çatıb.

Keçidlər