"15 iyun-Azərbaycanın xilası günü" mövzusunda partiya veteranları ilə tədbir keçirilmişdir.
08 iyun 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar "15 iyun-Azərbaycanın xilası günü" mövzusunda partiya veteranları ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçıları təbrik etmiş və bildirmişdir ki, tarixi faktlar sübut edir ki, hər bir qəhrəman, dövlət xadimi öz xalqının təcəssümü, gedənlərlə yeni gələnlər arasında sınaq xəttidir. Siyasi fəaliyyəti dövründə iki dəfə ”Azərbaycan iri addımlarla irəliləyir” şüarının zərb-məsələyə çevrildiyi 1969-1982-ci illərdə və 1993-2003-cü dövrü əhatə edən müddətdə Azərbaycan xalqına əsl lider kimi bələdçilik etmiş ulu öndər Heydər Əliyev birinci müddətdə sovet Azərbaycanına, ikinci müddətdə isə canından artıq sevdiyi müstəqil Azərbaycana başçılıq etmişdir. Dünya təcrübəsi göstərir ki, güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir və tarixi uğurlar əldə edirlər. Cəmiyyətə və dünyanın düşüncə tərzinə güclü təsir imkanlarına malik ümummilli lider, ulu öndər Heydər Əliyev isə müdriklərə , uzaqgörən siyasətçilərə məxsus keyfiyyətləri özündə birləşdirən dahi idi. Azərbaycana rəhbərliyinin ilk mərhələsində ölkə iqtisadiyyatını, neft sənayesini və aqrar sahəni inkişaf etdirərək, liderliyə xas olan səbr, dözüm və qətiyyət kimi keyfiyyətləri özündə birləşdirərək bütün çətinliklərə qalib gəldi.
Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət daşıyan Milli Qurtuluş Günü elə gündür ki, ölkəmizin gələcək həyatını, müqəddəratını müəyyən edib, deyərdim ki, yeni, müstəqil dövlətçiliyimizin bünövrəsi, əsası məhz bu gün qoyulub. Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir. Bu gün Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün qüdrətli, müstəqil Azərbaycan dövlətinin var olmasına, doğma Qarabağda 30 illik düşmən işğalına son verilməsinə, xalqımızın sosial-rifah halının yüksəlməsinə, sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza, bir sözlə, hər şeyə görə məhz bu günə borcluyuq. Bu milli tariximizi yazan isə yeni, müstəqil Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda ucaldan, dövlətimizin qorunub saxlanmasında, onun möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan dünya şöhrətli insan, böyük dövlət və siyasət xadimi, dahi şəxsiyyət, həmişə Yaradanına, zəhmətinə və doğma xalqına arxalanan böyük lider Heydər Əliyev idi.
Daha sonra çıxış edən Partiya veteranı Mirqabil Hüseynov, Cəmaləddin Ağayev, Vidadi Fətullayev və partiya fəalı Məhbubə Şahbazova çıxışlarında xalqın tələbi və təhkidi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı söz açdılar.