15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş inşa -yazı müsabiqəsi
07 iyun 2022 | 18:49
7 İyun 2022 ci il tarixində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı Rayon Təşkilatının,Masallı rayon Heydər Əliyev mərkəzinin, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı rayon Gənclər və İdman İdarəsinin və birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş inşa -yazı müsabiqəsi keçirilib.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqədə Masallı RİHB-nın müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin Müdiri Aybəniz Qafarova, Masallı RİHB-nın İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov,
Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Nuranə Muxtarova iştirak ediblər.
Müsabiqənin yekun nəticəsinə əsasən Banbaşı kənd C.Qasımov adına tam orta məktəbin IX sinif şagirdi Tağıyeva Nargilə Elnur qızı birinci yerə, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdullayeva Fidan Vüsal qızı ikinci yerə, Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbin lX sinif şagirdi Şirəliyeva Aygül Şıxəli qızı üçüncü yerə layiq görülüblər.
İnşa — yazı müsabiqəsində fərqləndiyinə görə Bala Kolatan tam orta məktəbin şagirdi Məmmədova Sevinc Təbriz qızı diplomla mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqədə qalib gəlmiş bütün şagirdlərə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin diplomları təqdim olunub.