SƏRÇUVAR KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 17 oktyabr 2012-ci il tarixdə Sərçuvar ərazisində keçirilmişdir. Ərazinin 2422 nəfər əhalisi və 1054 ha torpaq sahəsi vardır. Həmçinin ərazidə 1 tam orta məktəb,1 ümumi orta məktəb, 1 həkim məntəqəsi, 1uşaq bağçası, 1 kənd klubu və 1 poçt məntəqəsi fəaliyyət göstərir. Sərçuvar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq sakinləri salamlamış, Sərçuvar ərazisində xeyli işlərin görüldüyünü, qarşıda görüləsi işlərin olduğunu vurğulamış, vətəndaşlardan onları narahat edən məsələlər barədə və ərazinin inkişafı ilə bağlı təkliflər vermələrini bildirmişdir.Kənd ziyalılarından Xudayar Fətullayev, Hüseyn Musayev, ağsaqqallardan Nəsrəddin Nəcəfquliyev, Məmmədkərim Qafarov, kənd sakinlərindən İslam Bağırov, Zəki Məmmədov və başqaları çıxış edərək Sərçuvar kəndində Milli Qəhrəman Səfəralı Məmmədovun xatirə abidəsinin yenidən qurulmasına, ərazidə 4 km su aparıcı kanalların təmizlənməsinə, əsas və ara yolların cari təmir edilməsinə, Sərçuvar kəndində futbol meydançasının istifadəyə verilməsinə və Sərçuvar kənd tam orta məktəbinin cari təmir edilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra sakinlər Sirəbil Sərçuvar kəndini birləşdirən yolun əsaslı təmirinə, əraziyə təbii qazın verilməsinə, su aparıcı kanalların təmizlənməsinə, içməli su xəttinin çəkilməsinə və mərkəzi yolun asfaltlanmasına köməklik göstərilməsini xahiş etmişlər. Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.