Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur

23 noyabr 2013 | 16:00

22 noyabr 2013-cü il tarixdə Masallı şəhəri Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.

Bayram tədbiri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlanılmışdır.            

Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə hər il noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır.

Natiq qeyd etmişdir ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, o cümlədən hüquq islahatları nəticəsində müstəqil məhkəmə hakimiyyəti, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvü seçilməsini qeyd etmişdir.        

Tədbirdə çıxış edən Masallı rayon Məhkəməsinin sədri Hilal Xəlilov, Masallı rayon Prokurorunun müavini Rəzzaq Gözəlov, Hişkədərə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qumra Cəfərova və başqaları Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi, ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsində oynadığı roldan bəhs etmişlər.       

Tədbirin sonunda bir qrup ədliyyə işçilərinə Fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər