Rayon rəhbərinin Ağsaqqallarla görüşü
15 aprel 2019-cu il tarixində Masallı şəhər Ağsaqqallar Klubunda Yeni Azərbaycan Partiyasının veteran üzvləri, rayon ağsaqqalları ilə görüş keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü giriş sözü ilə açaraq bildirmişdir ki, rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, camaat arasında nüfuz və hörmətə malik insanlarla vaxtaşırı görüşmək çox xoşdur. Sizin kimi insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər.
Görülən və görüləcək işlər barədə danışan rayon rəhbəri qeyd etmişdir ki,təkcə rayon mərkəzinin deyil, bütün ərazilərin, ucqar kəndlərin abadlaşdırılması da diqqət mərkəzindədir. Kənd yollarına asfalt döşənməsi, əhalinin içməli su ilə təminatı, qaz çəkilişi sahəsində xeyli iş görülüb.
Ölkəmizin Prezidenti İlham Əliyev Azərbaycanın bütün bölgələrin ,o cümlədən Masallının inkişafını da daim diqqət mərkəzində saxlayır və rayona həmişə lazım olan köməkliyi edir. Biz də ölkə başçının bu böyük qayğı və diqqətinin müqabilində, Masallının daha gözəl olması üçün var qüvvə ilə çalışmalıyıq.
Tədbirdə iştirak edən Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü Şirvan Əbilov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” ictimai birliyini sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ağsaqqal ziyalılardan Rafiq Bağırov, Tofiq Feyzullayev, Əyyub Mehdiyev, Vaqif Şükürov, İldırım Allahyarov, Göyçək Ələsgərova,Ərəstun Əliyev, Naidə Məmmədova və başqaları çıxış edərək ağsaqqallarla keçirilən görüşlərin Masallıda bir ənənəyə çevrildiyini, ərazilər keçirilən səyyar qəbullara da həmişə ağsaqqalların dəvət edilib rayon rəhbərinin onlarla söhbət edərək ,məsləhət və tövsiyyələrini dinlədiyini müsbət hal kimi qiymətləndirdilər, rayonda aparılan tikinti-abadlıq işlərini təqdir etdilər.
Görüş iştirakçıları Masallının inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər, dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək işində səylə çalışan rayon rəhbərliyinə uğurlar arzuladılar.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırmışdır.