Masallıda “Məişət zorakılığı” mövzusunda tədbir keçirilmişdir
25 noyabr 2013-cü il tarixdə Masallı rayonu Əli Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Məişət zorakılığı” mövzusunda tədbir keçirilmişdır.
Tədbirdə çıxış edən təşkilatçı “Gender Bərabərliyi və Qadın Təşəbbüsləri” İctimai Birliyinin təlimatçısı Şahəddin Canıyev, psixoloqu Vüsalə Nəsirli və hüquq məsləhətçisi Nizami Hüseynov məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu barədə qadınların məlumatlandırılması, qaynar xətt vasitəsilə hüquqi və psixoloji konsultasiyanın araşdırılması, gender zorakılığı haqqında statistik məlumatın toplanması, məişət zorakılığından zərər çəkmiş şəxslər, məişət zorakılığından qorunmaq yolları, məişət zorakılığının formaları, psixi və cinsi zorakılıq və digər mövzulardan bəhs etmişlər.