Şriftin ölçüsü :

Saytın rəngi :

GƏYƏÇÖL KƏNDİ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL

17 aprel 2019 | 16:00

17 aprel 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Gəyəçöl kəndi ərazisində keçirilmişdir.

          Gəyəçöl  ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlayıb, ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
       Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olub.
      Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
      Ərazi sakinlərindən Məmmədyar Eynullayev, Vilayət Süleymanov, Faiq Əsgərov, Vaqif Şükürov, Xavər Abıyeva və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə və icra başçısına dəfələrlə minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmiş, onları narahat edən məsələlərin həlli ilə bağlı rayon rəhbərinə müraciət ediblər.
      Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.
      Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov qəbuldan sonra Kolatandakı inkubator sexinə baş çəkmiş, burada çalışan qadınların işi ilə maraqlanmış və belə iş yerlərinin açılmasından və genişləndirilməsindən ötrü tövsiyələr vermiş, təklif və müraciətlərə açıqlama vermişdir.

Keçidlər