Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda tədbir keçirilib
19 aprel 2019-cu il tarixdə Gənclər Mərkəzində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” vətənpərvərlik mövzusunda konfrans keçirilib.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, tədbir Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi daşıyır. İdarə rəisi diqqətə çatdırdı ki, indiyədək rayonumuzda bir sıra uğurla həyata keçirilən tədbirlərin əsas məqsədi yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərin səmərəliyini artırmaq, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş məlimatlar çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız haqqında ətraflı məlumat verməkdir.
Tədbirdə Qarabağ qazisi ehtiyyatda olan zabit Cəmaləddin Məmmədov çıxış edərək bildirdi ki, keçirilən tədbirin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində geniş məlumatlandırma işi aparmaqdır.Çıxış edən Qarabağ qazisi Cəmaləddin Məmmədov iştirakçılara keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun qüdrətindən, ordudakı ruh yüksəkliyindən və əsgərlərimizin işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduqlarından söhbət açdı.
Tədbirdə fəal gənclərdən Abı Bağırov və başqaları çıxış edərək tədbir iştrakçılarını salamlayaraq gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından belə maarifləndirici tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.