Şriftin ölçüsü :

Saytın rəngi :

Şairlə görüş

22 aprel 2019 | 16:00

Xıdır Məmmədov adına Masallı rayon Xırmandalı kənd tam orta məktəbinin kitabxanasında “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib” və “Tarix kitabı” kitablarının müəllifi, şair Arif Fərzəli ilə görüş keçirilib.

Məktəbin direktoru Kamal Təhməzov tanınmış şairin həyat və yaradıcılığı haqqında məlumat verib bildirib ki, Arif Fərzəli (Arif Xudakərim oğlu Fərzəliyev) 1956-cı ildə Masallı rayonunun Xırmandalı kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Xudakərim müəllim də sözə - sənətə qiymət vermişdir. Kənd müəllimi işləməklə bərabər bədii yaradıcılıqla da məşğul olub. Gözəl bəhri-təhvillər müəllifi kimi yadda qalıb. Arif Fərzəli Azərbaycan Dövlət Universitetinin (BDU) kimya fakültəsini və Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirmişdir. Arif müəllimin tərcümeyi – halına bunu da əlavə etmək olar: O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Ayrı-ayrı illərdə respublika "Gənclik" jurnalının bölgə müxbiri, "Qala" qəzetinin baş redaktor müavini olmuş və "Fidan" qəzeti ilə əməkdaşlıq etmişdir.
Sonra tədris şləri üzrə direktor müavini İmdad Abuşov, tədbirin təşkilatçısı İlduzə Qasımova kitabxananın müdiri Gülnarə Nəzərova, müəllimlərdən Əfsər Cəfərov, Kamal Qasımov, Hasil İsmayılov şairin yaradıcılığından danışaraq, onun həm də pedaqoq kimi uzun illərlik fəaliyyətini qeyd edib.
Şagirdlərdən Polad Əmənov, Həsən Abbaszadə, İlduzə Qasımzadə, Elcan Fərzəliyev, Quram Niftiyev, Nərmin Baxşıyeva, Rəfiqə Hacıyeva, Tunar Məmiyev və Arif Məmmədov A. Fərzəlinin şeirlərini söyləyiblər.

Keçidlər