Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Qəriblər məktəbində "Oxu günü" tədbiri

23 aprel 2019 | 16:00

Masallı rayonun Qəriblər kənd tam orta məktəbində "Oxu günü"nə həsr olunmuş geniş tədbir keçirilib.

Bununla əlaqədar olaraq məktəbin VII sinif şagirdləri arasında Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri müzakirə olundu.
Təbdurdə Masallı rayonun Qəriblər kənd tam orta məktəbin direktoru Şərafət Əliyev ölkənin Təhsil naziri Ceyhun Bayramovun "Oxu günü" tədbirinin keçirilməsi haqqında Əmrinə əsasən, hər il aprelin 23-də " Ümumdünya Kitab və Müəllliflik Hüququ Günü" münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı ilə " Oxu günü" tədbirləri keçirilir.Şərafət müəllim söyləyib ki, kitab oxumağın həyatımızda böyük əhəmiyyəti vardır. Kitab bilik mənbəyidir. Kitab həyatdır. Biz hər zaman kitaba borcluyuq. Elə kitablar vardır, insan oxuyur, mütaliə edir, ömrü boyu yaddan çıxarmır. Kitab insan həyatının hər anınmda gərəkli vəsait, etibarlı dost, həyat mənbəyidir.

Keçidlər