Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

13 dekabr 2013 | 16:00

12 dekabr 2013-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü Masallı rayonunda xatirə tədbirləri ilə anılıb. Bu gün səhər saatlarından başlayaraq minlərlə rayon sakini rayonun mərkəzində yerləşən Heydər Əliyev parkına axışaraq Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək dahi şəxsiyyətə olan ehtiramlarını ifadə etmişlər. Onu müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildirmişlər.

 Anım mərasimində hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Heydər Əliyevin abidəsinin önünə əklillər, təzə-tər gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər, ruhuna dualar oxumuşlar.

Keçidlər