MASALLIDA ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ
26 aprel 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonda yaşayan Çernobıl əlilləri ilə görüş keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətii başçısı aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini Ceyhun Bəşirov, baş məsləhtçisi Qəşəm Hadıyev, Çernobıl Əlilləri Cəmiyyətinin fəalları və Çernobıl əlilləri çıxış edərək 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında Azrbaycanlıların göstərdiyi şücaətdən danışmış, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğı daha da artırılıb, bu qəbildən olan sağlamlığını itirmiş insanların maddi-rifah halının yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalanıb. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çernobıl əlillərinə diqqət və qayğısını yüksək qiymətləndirmişlər.
Tədbirin sonunda Çernobıl əlillərinə ziyafət verilmiş və maddi yardım göstərilmişdir.